ABŞ-ın ən böyük ikinci neft şirkəti olan “Chevron”un ötən ilin dördüncü rübündəki gəliri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artaraq 31,5 milyard dollara yüksəlib. Şirkət 2015-ci ilin dördüncü rübündə 29,2 milyard dollar gəlir əldə etmişdi.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Chevron” 2016-cı ilin sonuncu rübündə 415 milyon dollar xalis mənfəət əldə edib. 2015-ci ilin dördüncü rübündə 588 milyon dollar zərərə uğradığını açıqlamışdı.
“Chevron” korporasiyasının rəhbəri Con Vatson neftin qiymətinin ucuzlaşması fonunda şirkətin kapital xərclərini 14 milyard dollar azaltdığını bildirib. O, “Chevron”un 2017-ci ilin birinci rübündə də istehsalını və gəlirini artırmaq istədiyini deyib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.