Bakının “Beşmərtəbə” ərazisindəki dairəyə avtomobillərin girişi məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, dairədə hərəkətin dəyişdirilməsinə səbəb “Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsi ilə bağlıdır:
“Bu məqsədlə Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Həftə ərzində işlər bitəcək. Dairədə hərəkətdə də müəyyən dəyişiklik var. Sürücülər həmin ərazidə diqqətli olsunlar”.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.