“Baku Shopping Festival”ının iştirakçısı olan iri ticarət obyektlərində işlər başa çatmaq üzrədir

“Baku Shopping Festival”ının iştirakçısı olan iri ticarət obyektlərində işlər başa çatmaq üzrədir
30 2017 10:37

“Baku Shopping Festival”ının iştirakçısı olan iri ticarət obyektlərində işlər başa çatmaq üzrədir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri nazir müavini Sahib Ələkbərov ticarət festivallarının təşkili ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mədəniyyət və Turizm Nazirliyinin və bankların nümayəndələri ilə görüşdə deyib.

Vergilər nazirinin müavini görüş iştirakçılarına Bakıda ilk dəfə keçiriləcək ticarət festivallarının (“shopping festival”) əhəmiyyəti və onların təşkili ilə bağlı məsələlər barədə məlumat verib.

Qeyd olunub ki, ildə iki dəfə təşkil olunması planlaşdırılan ticarət festivallarının keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin fərmanına uyğun olaraq “Baku Shopping Festival”ının iştirakçısı olan iri ticarət obyektlərində aparılan işlər başa çatmaq üzrədir.

Nazir müavini görüş iştirakçılarının nəzərinə çatdırıb ki, ticarət festivalları dövründə alınan mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə ilkin mərhələdə “Park Bulvar”, “Port Baku Mall”, “Nərgiz Mall”, “Metropark”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılır. Ehtiyac olarsa, bu köşklərin sayı artırıla bilər.

Festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün xidmət göstərəcək işçi heyətinin bayram və istirahət günlərində də işləməsi təmin olunacaq. Alıcıların rahatlığının təmin edilməsi üçün ticarət festivallarına cəlb olunacaq bankların filialları ƏDV qaytarılması sisteminə qoşulacaq.

Görüşdə bankları maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, Vergilər Nazirliyinin aidiyyəti qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən bankların nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.