Paytaxtdakı 15 ali təhsil müəssisəsindən olan gənclərin iştirakı ilə reallaşan “Bakı Gənclər Debat Forumu: Payız 2016”nın final mərhələsi və bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə tələbələrin sahibkarlıq sahəsində məlumatlılığının artırılması məqsədilə sahibkarlığın inkişafında proteksionizm siyasətinin rolu mövzusunda təşkil olunub.
Bakı Dövlət Universitetində keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayevin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayevin və digər şəxslərin çıxışlarından sonra Azərbaycan və rus bölmələri üzrə finala vəsiqə qazanan komandaların adları açıqlanıb.
Azərbaycan bölməsi üzrə final mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən “Jokers”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İllüminati” komandaları debat aparıblar. Hakimlərim qərarına əsasən, “Jokers” komandası forumun qalibi müəyyən olunub.
Rus bölməsi üzrə yarışın finalında Bakı Dövlət Universitetinin “Anqeli Dyavola” komandası “Triada”dan üstün olub.
Tədbirdə, həmçinin forumun ən yaxşı natiqlərinin adları da açıqlanıb. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
“Bakı Gənclər Debat Forumu: Payız 2016” Gənclər və İdman Nazirliyinin və DVC-nin tərəfdaşlığı ilə keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2016” çərçivəsində təşkil olunub.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.