“Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir” — Tacir gileyləndi

“Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir” — Tacir gileyləndi
06 Noy 2019 17:13

“Fədayə ilə bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib”.

Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə həbsxanadan çıxan Fədayə Laçının onunla duet oxumaq istəməsinə münasibət bildirib.  

Realpress.az xəbər verir ki, musavat.com-a açıqlama verən sənətçi bildirib ki, hələ də Fədayə ilə görüşməyib: “Fədayə ilə görüşməmişəm, nömrəsini tapa bilmirəm. O, həbsxanada olanda dəfələrlə yanına getməyə cəhd göstərdim. Dedilər ki, icazə yoxdur, ancaq anası və bacısı gələ bilər.  Qorxusundan Fədayənin adını çəkməyənlər və ümumiyyətlə Laçınla ünsiyyəti olmayanlar indi onun yanına gedib, video çəkir, qucaqlayır. Fədayəni mən çox istəyirəm. Biz bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib. O düşünür ki, Fədayə mənə görə həbs olunub, günahı məndə görür. Fədayə həbsdə olanda anası ilə dəfələrlə danışmışıq. Həmişə getdiyim evdir. Niyə getməyim? Fədayə ilə görüşəcəyəm, yeni mahnılar haqda danışacağıq. Hələ başım qarışıqdır”. 

Qeyd edək ki, F.Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 6 il müddətində azadlıqdan məhrum edilmişdi. Ötən ay isə müğənni Fədayə Laçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və F.Laçının cəzası 2 ilə endirilib. Müğənni oktyabrın 29-da azadlığa buraxılıb. 


7 Dek 2019
Şou-biznes

Aktrisadan efirdə QEYRİ – ETİK HƏRƏKƏT — VİDEO

Aktrisa Çimnaz Sultanovanın efirdə mahnı ifa edərkən rəqs etməyi bir mənalı qarşılnmayıb.

7 Dek 2019
Şou-biznes

Ancelina Colinin qızı cinsiyyətini dəyişdirməkdə qərarlıdır

Ancelina Coli və Bred Pitin doğma qızları haqqında maraqlı iddia irəli sürülüb.

6 Dek 2019
Şou-biznes

Xoşqədəm efirdə hönkür-hönkür ağladı: "Özümü bağışlaya bilmirəm" - VİDEO

Teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda vəfat edən qardaşından danışarkən hönkür-hönkür ağlayıb. 

6 Dek 2019
Şou-biznes

Murad Arif "Eurovision"a getmək istəyir

Müğənni-bəstəkar Murad Arif "Eurovision"a getmək istəyir.

6 Dek 2019
Şou-biznes

Məşhur aktyor 30 kilo arıqladı — FOTO

Türkiyəli məşhur aktyor Şahan Gökbaharın çəkisi 100 kilo olduğu üçün arıqlamaq qərarı alıb.