“BP Georgia” şirkəti Gürcüstan ərazisindən keçən magistral neft və qaz kəmərlərinin təhlükəsizliyini yüksək səviyyədə təmin etdiyi üçün bu ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşlarını təltif edib.
“BP Georgia" şirkətinin baş meneceri Kris Şlitter fevralın 7-də mükafatları sahiblərinə təqdim edib.
Gürcüstan DİN-dən AZƏRTAC-a bildiriblər ki, strateji magistral boru kəmərlərinin təhlükəsizliyinin təmin olunmasında fərqlənən nazirliyin xüsusi tapşırıqlar üzrə departamentinin və Şida Kartli bölgəsinin polis departamentinin 74 üzvünə fəxri fərmanlar təqdim olunub.
Kris Şlitter magistral boru kəmərlərinin mühafizəsində və vətəndaş cəmiyyəti ilə əlaqələrin dərinləşməsində Gürcüstan polisinin rolunu xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan ərazisində magistral boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması regionun və Avropanın enerji təhlükəsizliyinin təminatıdır.
Finlandiya hökuməti gələn həftə Rusiya ilə sərhəddə bir və ya bir neçə sərhəd-keçid məntəqəsini açmağı nəzərdən keçirir.
İsrail paytaxtı Təl-Əviv də daxil olmaqla ölkənin mərkəzi bölgələrində raket xəbərdarlığı səslənib.