“Azərişıq” məcburi köçkünlərlə insidentin yaranması barədə məlumata münasibət bildirib

“Azərişıq” məcburi köçkünlərlə insidentin yaranması barədə məlumata münasibət bildirib
02 2017 10:48

“Azərişıq” ASC Pirşağı qəsəbəsində yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə qurumun əməkdaşları arasında davanın yaranması barədə məlumatlarla bağlı açıqlama yayıb.

“APA-Economics”in məlumatına görə, açıqlamada Pirşağı qəsəbəsində yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə "Azərişıq" ASC-nin işçiləri arasında heç bir davanın olmadığı qeyd olunub.

“Yüzə yaxın əməkdaşımızın "Qızılqum" və "Gilavar" sanatoriyalarında olmaları haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzi saytlarda bu cür böhtan xarakterli məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur və bütünlükdə ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir”, - deyə məlumatda vurğulanıb.

Açıqlamada qeyd olunub ki, prezident İlham Əliyevin 23.01.2017-ci il tarixli fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb.

Məlumatda bildirilib ki, məcburi köçkün evlərinin sayğaclaşdırılması prosesi davam etdirilir: “Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami, Binəqədi və Nərimanov rayonlarında, Aran və Şimal Regionlarının xidməti ərazilərində olan yataqxanalarda yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması prosesi davam etdirilir. Son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb. Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılmış, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması mütəmadi olaraq KİV-lərdə məlumatlandırılır”.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.