“Azərişıq” ASC-də 0,4 kilovoltluq elektrik şəbəkələrinin yenidən qurulması proqramının icrasına başlanılıb

“Azərişıq” ASC-də 0,4 kilovoltluq elektrik şəbəkələrinin yenidən qurulması proqramının icrasına başlanılıb
12 2017 10:05

2017-ci il “Azərişıq” ASC-də 0,4 kilovoltluq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilib və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqramının icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin sədrliyi ilə ASC-nin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirilib.

Departament direktorlarının, idarə və şöbə rəislərinin, habelə Regional Enerji Təchizatı və Satışı İdarələrinin və onların strukturuna daxil olan rayon (şəhər) elektrik şəbəkələri rəislərinin iştirak etdikləri iclasda 2017-ci ilin birinci rübündə görülən quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışılıb. Qeyd edilib ki, son on ildə paylayıcı elektrik şəbəkələrində aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri artıq öz bəhrəsini verməkdədir. Qış aylarının soyuq və sərt olmasına baxmayaraq, istehlakçılar elektrik enerjisi ilə tam təmin olunublar. Bildirilib ki, ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

Qeyd edilib ki, bir dövlət qurumu olaraq “Azərişıq” ASC də bu istiqamətdə öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir. İdman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlərə başlanılıb. Bura təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir.


2 Mar 2021
İqtisadiyyat

Neft qiymətlərinin kəskin dəyişməsi Azərbaycanın mənfəətinə necə təsir edir? - AÇIQLAMA

Neft son həftələr ərzində sürətli şəkildə bahalaşdı və bu proses özü ilə birgə bazarda nikbin proqnozların artmasına da səbəb oldu. Lakin, nəzərə alsaq ki, neft qiymətləri özünün dəyişkənlik dinamikasına görə fərqlənir, onun qiymətinin yenidən aşağı səviyyəyə enməsi istisna hal deyil.

2 Mar 2021
İqtisadiyyat

40 illik su anbarı qəzalı vəziyyətdən çıxarılır - FOTO/VİDEO

Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

2 Mar 2021
İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın fevral ayının sonuna olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 367,6 milyon ABŞ dolları olub.