Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, audit tədbiri “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidməti və onun tabeliyində olan Bakı dəmir yolu xəstəxanası, Mərkəzi dəmir yolu xəstəxanası, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Yol Sanitar-Karantin Müfəttişliyi və Respublika Taun Əleyhinə Stansiyasında aparılmaqla, ümumilikdə 21243,1 min manat məbləğində vəsaiti əhatə edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin tabeliyində olan Bakı dəmir yolu xəstəxanasında mövcud ştatların 2014-cü ildə 6,2 faizi və ya 42 vahidi, 2015-ci ildə 6,4 faizi və ya 43 vahidi, 2016-cı ildə isə 5,2 faizi və ya 34 vahidi vakant olub, müalicə alan xəstələrin sayı auditlə əhatə olunan illər üzrə müvafiq olaraq 1884 nəfər, 2246 nəfər və 1066 nəfər olub və eyni zamanda, çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 77 gün, 2015-ci ildə 92 gün, 2016-cı ilin altı ayında 45 gün, çarpayı günlərinin icra göstəriciləri proqnozlaşdırılmış çarpayı günlərinə görə isə müvafiq olaraq 41,3, 79,2 və 77,6 faiz təşkil edib.
Mərkəzi dəmir yolu xəstəxanasında isə təsdiq olunmuş ştatların 2014-cü ildə 10,1 faizi və ya 70,0 vahidi, 2015-ci ildə 12,3 faizi və ya 84,0 vahidi, 2016-cı ildə 11,8 faizi və ya 78,0 vahidi vakant olub, xəstəxanada müalicə alan xəstələrin sayı 2014-cü ildə 4706 nəfər, 2015-ci ildə 4127 nəfər, 2016-cı ilin altı ayında 1889 nəfər olub, çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 117 gün, 2015-ci ildə 107 gün, 2016-cı ilin altı ayında 54 gün, çarpayı günlərinin icra göstəriciləri proqnozlaşdırılmış çarpayı günlərinə görə müvafiq olaraq 67,8, 61,7 və 60,4 faiz olub.
Xəstəxanalar üzrə çarpayı günlərinin icra faizinin aşağı olmasına baxmayaraq bir çarpayı gününə sərf olunmuş faktiki xərcin məbləği bir çarpayı günü üzrə proqnozlaşdırılmış xərcin məbləğindən çox olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidməti və onun tabeliyində olan tibb müəssisələri tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən tibb müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilmədiyindən, eləcə də əvvəlki illərin icra göstəriciləri nəzərə alınmadığından 2014-2015-ci illərdə xərc maddələri üzrə ümumilikdə, açılmış maliyyələşmənin 4,9 faizi istifadə edilməyərək büdcəyə köçürülüb, həmçinin bəzi hallarda nəzərdə tutulmuş vəsaitin təyinatı dəyişdirilərək xərc edilib.
Həkim-sanitar xidmətinin tabeliyində olan tibb müəssisələri tərəfindən qeyri-dəmir yolçulara göstərilən pullu tibbi xidmət üzrə daxil olan büdcədənkənar vəsaitlər üzrə daxilolmaların icra faizi aşağı olub (məsələn Yol Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 2014 və 2015-ci illərdə 54,9 faiz, 2016-ci ilin 6 ayında 15,8 faiz), bəzi hallarda isə göstərilən pullu tibbi xidmətə görə ödənilən vəsaitin büdcədənkənar xəzinə hesaba köçürülməsi təmin edilməyib.
Auditlə əhatə olunan dövrdə əmək haqqının hesablanması və eyni zamanda, ödəniş dərəcələrinin düzgün tarifləşdirilməməsi nəticəsində 4 tibb müəssisəsində, ümumilikdə 19 halda artıq əmək haqqı ödənilib, həmçinin “Elmi nailiyyətlərin və qabaqcıl iş üsullarının tətbiqinə, əməkdə yüksək nəticələrinə” adı ilə əlavə əməkhaqqı ödənilməsi hallarına yol verilib.
Həmçinin nəqliyyat vasitələri üzrə artıq yanacaq və ehtiyat hissələrinin istifadə edilməsi, funksional fəaliyyətinə aid olmadığı halda bayram tədbirlərinə vəsaitin xərc edilməsi, vaxtından əvvəl inventar və avadanlıqların uçotdan silinməsi, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməməsi, artıq ərzaq və dərman silgisinə yol verilməsi hallarına yol verilib.
Təmir-tikinti işlərinin aparılması zamanı işlərin dəyərinin artırılması hesabına artıq büdcə vəsaiti ödənilib və təlimatın tələblərinə əməl edilməyərək sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinə sərf olunmuş vəsaitlər uçota alınmadan xərcə silinib.
Auditlə əhatə olunan dövrdə tibb müəssisələri tərəfindən ümumilikdə 77 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb, malların (işlərin və xidmətlərin) satın alınması zamanı qanunvericilik aktlarının tələblərinə bəzi hallarda əməl edilməyib, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müəyyən olunmadan bəzi mallar bazar qiymətindən baha alınmış və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan satınalınan malların həcmi və vahidinin qiymətinin dəyişdirildiyindən əlavə xərclərə yol verilib.
Hesablama Palatasının kollegiyası “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidməti və onun tabeliyində olan tibb müəssisələri tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-yə və həkim-sanitar xidmətinə kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.
Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.