Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yerli onlayn ödənişlər bazarında ən böyük şirkət olan “GoldenPay” ASC ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksəkkeyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “AzInTelecom” istifadəyə verilmiş TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (IaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.
Artıq bu həllər yerli və xarici şirkətlərin marağına səbəb olub. Belə ki, Azərbaycanın onlayn ödənişlər şirkəti olan “GoldenPay” özünün “www.hesab.az” ödəniş portalının “AzInTelecom”un Data Mərkəzində yerləşdirilməsi haqqında razılığa gəlib.
Müqaviləyə əsasən, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının mühafizəsi, məlumat itkisi ilə bağlı risklərin minimuma endirilməsi və informasiya təhlükəsizliyi təmin ediləcək.
Bundan əlavə, hazırkı müqavilə ilə “Goldenpay” texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.
Hazırda müştərilərinə 100-dən artıq xidmət təklif edən “www.hesab.az” Azərbaycan bazarında onlayn ödənişlər üçün ən etibarlı platforma olaraq tanınır. Yüz minlərlə insan bu xidmətlərdən müntəzəm olaraq istifadə edir və bu rəqəm hər gün artmaqdadır. Əsas hədəfi bütün onlayn ödənişlərin icra edildiyi vahid platformaya çevrilmək olan “GoldenPay” bütün əməliyyatları şifrələmək və məlumatların təhlükəsizliyini təmin etmək üçün onlayn əməliyyatların şifrələnməsi sahəsində dünya lideri olan “GeoTrust”dan istifadə edir.
”Onlayn əməliyyatların sayı bu qədər yüksək olduğu üçün mübadilə olunan məlumatların təhlükəsizliyi və məxfiliyi əsas şərtdir. Həssas məlumatların təhlükəsiz yerdə qorunub-saxlanması şirkətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, “GoldenPay”ın “AzInTelecom” ilə əməkdaşlıq etməsi heç də təsadüfi deyil”,- deyə “GoldenPay” şirkətinin nümayəndəsi qeyd edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.