“Asan İmza” xidməti “Azexport.az” portalı ilə inteqrasiya edilib

“Asan İmza” xidməti “Azexport.az” portalı ilə inteqrasiya edilib
21 Dek 2016 17:56

“Asan İmza” innovativ mobil elektron imza xidməti Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılmış www.azexport.az portalı ilə inteqrasiya edilib.

Dekabrın 20-də keçirilən portalın təqdimatında tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.

“Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Asan İmza” mobil elektron imza xidmətinin portal ilə inteqrasiyası öz mal və xidmətlərini www.azexport.az internet resursunda qeydiyyatdan keçirmək istəyən sahibkarlara geniş imkanlar təqdim edir. “Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman sahibkar əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.

Bununla yanaşı, “Asan İmza” xidməti tamamilə təhlükəsiz xidmətdir və istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını bütünlüklə alır. Belə ki, xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə bəlli olur.

“Asan İmza” xidmətinin “Azexport.az” portalı ilə inteqrasiyası innovativ bir həldir və bu imkan verir ki, sahibkar qısa müddətdə internet resursuna giriş imkanı əldə etsin, öz məhsulunu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda təqdim etsin. Belə ki, “Azexport.az” portalının məlumat bazası “eBay”, “Alibaba”, “AllBiz” kimi dünyanın iri elektron ticarət resurslarının məlumat bazası ilə inteqrasiya edilib.

Qeyd edək ki, “Asan İmza” məhsulu da, həmçinin innovativ bir xidmət və “Made in Azerbaijan” brendi olaraq “Azexport.az” portalında qeydiyyatdan keçib. Artıq “Asan İmza” xidmətində maraqlı olan müxtəlif dövlətlər bu texnologiyanın təsviri ilə ətraflı şəkildə tanış ola və Azərbaycan texnologiyasının öz ölkələrində inteqrasiyası ilə əlaqədar müvafiq danışıqlar apara bilərlər.

“Azexport.az” resursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan “azexport.az”ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.