“Android” sistemində 100-dən çox təhlükəli boşluq aradan qaldırılıb

“Android” sistemində 100-dən çox təhlükəli boşluq aradan qaldırılıb
11 2017 17:39

“Google” şirkəti 2017-ci ildə “Android” mobil əməliyyat sistemi üçün üçüncü təhlükəsizlik yeniləməsini çıxarıb. Yeni yeniləmə paketində aradan qaldırılmış 105 boşluqdan 35-i "kritik" statusa malikdir. İnternet nəhəngi cari ilin əvvəlindən 253 boşluq üçün düzəliş çıxarıb.

AZƏRTAC “safe.cnews.ru” saytına istinadən xəbər verir ki, 9 kritik boşluq “Mediaserver” adlı komponentin payına düşür. Bu boşluqlar müdaxilə olunmuş sistemlərdə kodun uzaq məsafədən yerinə yetirilməsi imkanı ilə bağlıdır. Haker tərəfindən yaradılmış xüsusi mediafaylın emalı yaddaşda informasiya bütövlüyünün pozulmasına səbəb olur.

Bundan başqa, xidmətdən imtina ilə nəticələnən "high" statuslu ("yüksək təhlükə") 7 boşluq və "orta təhlükə" statuslu iki səhv “Mediaserver” komponentinə aiddir. Eyni zamanda, “MediaTek” (CVE - 2017-0500 - CVE - 2017-0506) komponenti, “NVIDIA” (CVE - 2017-0337 - CVE - 2017-0335) və “Qualcomm” (CVE - 2016-8479) qrafik çiplərinin drayverləri, nüvənin şəbəkə alt sistemi (CVE - 2016-9806, CVE - 2016-10200) və “ION” alt sistemi (CVE - 2017-0507 - CVE - 2017-0508) və başqa komponentlərdə kritik boşluqlar qeydə alınıb.


8 Dek 2023
Dünya

Ararat Mirzoyan Brüsselə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-də Belçikanın paytaxtı Brüsselə gedəcək.

8 Dek 2023
Dünya

Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

8 Dek 2023
Dünya

İranda güclü partlayış olub, ölənlər var - FOTO/VİDEO

İranın Əlborz əyalətinin Fərdis şəhərində güclü partlayış baş verib.

8 Dek 2023
Dünya

HƏMAS Təl-Əvivə bir neçə raket atdığını bildirib

HƏMAS hərəkatının hərbi qanadı olan “Fələstinli İzzəddin əl-Qəssam Briqadaları” qrupu Təl-Əvivə bir neçə raket atdığını bildirib.

8 Dek 2023
Dünya

Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava limanına enə bilməyib.