“6 ildir işsizəm, maraqlanan yoxdur nə ilə keçinirəm” - İmperator üsyan etdi

“6 ildir işsizəm, maraqlanan yoxdur nə ilə keçinirəm” - İmperator üsyan etdi
28 2017 08:50

Moderator.az xəbər verir ki, Türk musiqisinin kralı İbrahim Tatlısəs kəskin maliyyə sıxıntıları ilə üzləşdiyini açıqlayıb. 
Artıq 6 ildir işsiz olduğunu deyən Tatlısəs onun necə yaşaması ilə heç kimin maraqlanmadığını bildirib. Məşhur sənətçi 2010-ci ildə Əhməd Özbək adlı iş adamından 6 milyon dollar dəyərində təyyarə satın aldığını, ancaq təyyarənin istifadəyə yararsız olduğunu bilincə onu geri qaytarmaq istədiyini söyləyir. Bu azmış kimi, Tatlısəsin villasına həbs qoyulub. Məhkəməyə müraciət edib qərarın ləğvini istəyən sənətçi bu tələbi də rədd ediləndə mediada üsyan edib:
"Məni vuracaqları çoxdan bəlli idi. Baxıram o zamanın polis rəisi, daxili işlər naziri, prokurorları, hakimləri indi hamısı axtarılır. Bəziləri məhkəmədə mühakimə olunur, bəziləri həbsxanada, bəziləri də qaçaqdır. Bəs, mənim nə günahım vardı ki, vurulmuşam, həm təyyarəmiz əldən getdi, həm ev əmlakımın müsadirə olunması var. Necə olur ki, etiraz tələbimizi 54 gündə rədd etdilər? Niyə bu Əhməd Özbək tutulmur? Kürəkəni fərari, qızı hazırda həbsxanada, özü ortada gəzir. 6 ildir ki, işləmirəm, nə ilə keçinirəm, kimsə bunu məndən soruşmur. Heç olmasa, mülkümün geri verilməsini istəyirəm".
Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qaldığına görə Türkiyə və ABŞ-da uzun müddət müalicə alıb.

21 Yan 2022
Şou-biznes

“Netflix” elan etdi: "Squid Game kainatı hələ yeni başlayıb"

“Netflix”in ən çox izlənilən seriallarından biri olan və dünya səviyyəsində geniş izləyici kütləsinə sahib “Squid Game” serialının ikinci sezonu rəsmi olaraq təsdiqlənib.

21 Yan 2022
Şou-biznes

Hollivud ulduzu beşinci ərindən boşanır - FOTO

Məşhur amerikalı aktrisa Pamela Anderson beşinci ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.

21 Yan 2022
Şou-biznes

Məşhur aktyor vəfat etdi

Fransa kinosunun məşhur aktyorlarından olan Qaspard Ulliel dağ-xizək kurortunda baş verən qəza nəticəsində vəfat edib.

15 Yan 2022
Şou-biznes

Rəqsanənin müğənni qızı xəsarət aldı - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın qolu çıxıb.