11 May 2018
Siyasət

Kamaləddin Qafarov: Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dinamik inkişaf yolunun memarıdır.

Heydər Əliyevin doğum gününə həsr edilən “Azərbaycan deyəndə səni düşünürük biz” adlı tədbir keçirilib .

8 May 2018
Siyasət

Müasir Azərbaycan səhiyyəsinin dinamik inkişafının memarı

Bu günlər qədirbilən xalqımız   ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini böyük qürur və təntənə ilə qeyd edir.Dahi  tarixi şəxsiyyət olan Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən,  xalqımızın və dövlətimizin mayakına çevrilən müdrik bir insandır. Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı, ən böyük demokrat, ən böyük vətənpərvərdir. Onun fəaliyyətinin bütün çalarları xalqımızın mədəni inkişafına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir.

28 Apr 2018
Cəmiyyət

Kamaləddin Qafarov : Akademik Zərifə Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim idi

Aprelin 27-də Binəqədi rayonunda, Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

10 Apr 2018
Siyasət

Cənab İlham Əliyevlə daha böyük zəfərlərə doğru!

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasına prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi.

2 Apr 2018
Siyasət

Prezident İlham Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşır - Kamaləddin Qafarov

YAP Binəqədi rayon təşkilatında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənc seçiclərlər görüş keçirildi

31 Mar 2018
Siyasət

Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərəcək

Bütün cəhdlərə, Azərbaycana qarşı həyata keçirilən növbəti şər-böhtan kampaniyasına baxmayaraq ölkədə prezident seçkilərinə hazırlıq prosesi yüksək səviyyədə gedir. Daha doğrusu 10 gündən sonra Azərbaycan vətəndaşları növbəti dəfə səsvermə məntəqələrinə gedərək gələcək illər üçün layiq bildikləri, etibar etdikləri namizədə səs verəcəklər. Seçkiqabağı mühiti və vətəndaşların ictimai-siyasi fəallığını nəzər alsaq deyə bilərik ki, aprelin 11-də yüksək seçici fəallığı müşahidə ediləcək.

30 Mar 2018
Siyasət

Prezident İlham Əliyev səhiyyə sahəsində çox mühüm islahatlar həyata keçirmişdir - Deputat Kamaləddin Qafarov

29 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi seçiciləri ilə növbəti uğurlu görüş keçirildi.

30 Mar 2018
Müsahibə

Prezidentimizi bütün Azərbaycan xalqı sevir və ona inanır - Kamaləddin Qafarov (Müsahibə)

Milli Məclisin deputatı Kamaləddin Qafarov - Kamaləddin müəllim, əvvəlcə son illərdə ölkəmizdə gedən geniş dinamikalı ictimai-siyasi proseslərə, inkişaf tendensiyasına münasibətinizi bilmək istərdik…

23 Mar 2018
Siyasət

Milli Məclisin deputatı Kamaləddin Qafarov: cənab İlham Əliyev alternativsiz liderdir

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi-FOTOLAR

10 Mar 2018
Siyasət

Kamaləddin Qafarov YAP-ın Binəqədi rayon təşkilatının yaradılmasının 25 illik yubileyində iştirak etdi-FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilib.

10 Fev 2018
Cəmiyyət

Binəqədi Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib (FOTO)

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2017-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

22 Dek 2017
Siyasət

Kamaləddin Qafarov: Yeni intibah mərhələsinin əsasını qoyan güclü LİDER

İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Azərbaycanın sürətli və ardıcıl inkişafına təkan verən amillər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan müasir dövrümüzdə Onun siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və dünya birliyinin layiqli üzvü kimi müstəqil siyasət həyata keçirir.

22 Noy 2017
Siyasət

İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirir - Kamaləddin Qafarov

"Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirir"

22 Noy 2017
Siyasət

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi-FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

18 Noy 2017
Siyasət

YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi

Noyabrın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

19 Okt 2017
Cəmiyyət

Ümummilli Liderin siyasi uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub VİDEO

Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

21 Sent 2017
Müsahibə

ÖLKƏMİZİN İQTİSADİ VƏ SİYASİ HƏYATINDA MÖHTƏŞƏM MƏRHƏLƏ

“2017-ci il sentyabrın 14-də imzalanmış möhtəşəm saziş çağdaş Azərbaycan tarixinin ən önəmli, ən vacib və ən uğurlu səhifələrindən biridir. Azəri-Çıraq –Günəşli bloku üzrə yeni hasilatın pay bölgüsü sazişinin imzalanması  Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının, ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin son illərdə əldə etdiyi ən böyük qələbə kimi dəyərləndiriləcək bir çəkiyə və əhəmiyyətə malik  misilsiz bir uğurdur.” Bu sözləri Realpress.az-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov söyləmişdir.

14 Sent 2017
Cəmiyyət

Binəqədi rayonunda “İlin 105 Qızıl beyni” elmi-praktik konfrans keçirildi.

Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş "İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirildi. 

25 Avq 2017
Müsahibə

Kamaləddin Qafarov: Uğurların qazanılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır

«Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox prioritet sahələr üzrə möhtəşəm uğurlar əldə edib. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır. Mehriban xanım  Əliyevanın rəhbərliyi ilə Azərbaycanda “Eurovision” müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə təbliği işində Mehriban Əliyevanın misilsiz xidmətləri vardır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

24 İyun 2017
Cəmiyyət

Binəqədidə məktəblilərin “Azərbaycan Səninlədir-Sənsiz deyil” VII yaradıcılıq festivalı keçirilib (FOTO)

Binəqədi Rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və “İslam həmrəyliyi ili” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VII yaradıcılıq festivalı keçirilib. Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Kamaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, İslam ölkələrinin səfirləri və ailə üzvləri, RİH başçısının müavinləri, şöbə müdirləri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil, məktəbəqədər təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllüləri iştirak ediblər. Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra ansamblın ifasında Dövlət Himni səsləndirildi və festival “Qarabağ” şikəstəsi ilə açıq elan olundu. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. İslam həmrəyliyini özündə ehtiva edən çıxışlar tədbir iştirakçılarında xoş anlar yaratmış və atəşfəşanlıqla yekunlaşıb. Tədbirin bədii hissəsindən sonra çıxış edənlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mohamed Adil Embarch tədbirdə iştirak edən bütün şagirdləri uğurlu çıxışları münasibətilə təbrik etdilər. Belə bir festivalın onların gələcək həyatında böyük rol oynayacaqlarını diqqətə çatdırdılar. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək müsabiqə iştirakçılarını təbrik etdi, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirdi. Ümummilli lider Heydər Əliyevin və ölkə başçısının istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğısından söhbət açdı. Natiq çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində belə bir festivalın keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirdi ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həm müdrik dövlət başçısı, həm də alovlu bir vətənpərvər kimi milli mədəniyyətə, mənəvi irsə qayğısı, verdiyi dəyər onun əməli fəaliyyətinin hər bir sahəsində özünü göstərir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır. Festival orta ümumtəhsil məktəblərinin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin şagirdləri arasında ədəbi-bədii layihələr üzrə - bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri) - üzrə keçirilmişdir.

6 İyun 2017
Cəmiyyət

Seçiciləri Kəmaləddin Qafarov haqqında nələr danışdı?(VİDEO)

REALPRESS.AZ -ın bolgexeber.coma istinadən məlumatına görə "Deputat və seçici" adlı rubrikamızın yeni reportajı 9 saylı Binəqədi ikinci seçki dairəsindən millət vəkili seçilmiş Kəmaləddin Qafarov haqqındadırRubrikamızın əsas məqsədi, seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir.Seçicilərin əksəriyyəti Kəmaləddin Qafarovun bir millət vəkili kimi fəaliyyətindən razı olduqlarını dedilər:"Kəmaləddin Qafarov həm də Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Dəfələrlə pulsuz müayinə və müalicə günləri elan olunub. Biz də tam ödənişsiz olaraq müalicə almışıq. Hətta Kəmaləddin Qafarovun hesabına bir neçə rayon sakini ölkə xaricində belə müalicəyə göndərilib. Buna görə ona təşəkkürümüzü bildiririk. Ehtiyac olduqda, biz, ayrı-ayrılıqda da Kəmaləddin Qafarovun qəbuluna düşürük." - deyə sakinlər bildiriblər. Qeyd edək ki, Kəmaləddin Qafarov Milli Məclisin 5-ci çağırış millət vəkilidir və Səhiyyə Komitəsinin üzvüdür.Rubrikamızın növbəti reportajı 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən millət vəkili seçilmiş Hacı Salayev və 67 saylı Cəlilabad rayon seçki dairəsindən seçilmiş Malik Həsənov haqqında olacaq.   # kamaləddin qafarov, kamaləddin qafarov, qafarov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis

22 May 2017
Müsahibə

Kamaləddin Qafarov: “Müharibə Ermənistanın əbədi iflası ola bilər" MÜSAHİBƏ

Milli Məclisin deputatı Kamaləddin Qafarovun SİA-ya müsahibəsi: - Kamaləddin müəllim, bildiyiniz kimi, Azərbaycan müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə hazırda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu qəbildəndir. Ümumiyyətlə, bu kimi tədbirlərin Azərbaycan üçün siyasi əhəmiyyəti haqqında nələri söyləmək olar? - İV İslam Həmrəyliyi Oyunları əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin uğurlu davamıdır. Mayın 12-dən bu günə qədər dünyanın 54 müsəlman ölkəsinin 3000-dən çox idmançısı Bakının ən yaxşı stadionlarında və idman salonlarında birincilik uğrunda mübarizə apardı. Bütün dünyanın idman həvəskarlarının nəzərləri son 3 ildə ikinci dəfə ölkəmizin paytaxtı Bakıya yönəldi. 2015-ci ildə I Avropa Oyunlarına möhtəşəm şəkildə ev sahibliyi etmiş Azərbaycan bu dəfə müsəlman atletlərin idman həmrəyliyinin mərkəzinə çevrildi. İV İslam Həmrəyliyi Oyunları Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də mədəniyyət sahəsində imicinə olduqca müsbət təsir göstərəcəyi şəksizdir. Ölkəmizin bütün dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim olunması xalqımızın şivil ölkələrlə inteqrasiyasını sürətləndirir, onu prinsipcə yeni mərhələyə yüksəldir. İqtisadi sahədə əsas hədəfimiz, bildiyimiz kimi, ölkədə qeyri-neft sektorunun formalaşdırılması və inkişaf etdirilməsidir. Bu seqmentdə əsas ağırlıq turizmin üzərinə düşür. Hesab edirik ki, son illərdə keçirilən bütün beynəlxalq səviyyəli oyunlar, o cümlədən sözügedən İV İslam Həmrəyliyi Oyunları turizm sahəsində bizə çox böyük dividentlər gətirəcək. Bu oyunlar həm də müsəlman ölkələri arasında hələ də istənilən səviyyəyə çatmamış həmrəyliyin daha inkişaf etdirilməsi, iştirakçı ölkələrlə çoxtərəfli əməkdaşlığın əsasının qoyulması imkanı yaradır. Ölkəmizdə gedən geniş quruculuq işləri, ölkənin iqtisadi qüdrətinin artım dinamikası, Bakının, eləcə də regionların inkişafı, ən müasir tələblərə cavab infrastrukturların yaradılması müxtəlif səpkili birgə beynəlxalq layihələrin reallaşdırılması və xarici investisiyaların təşviqi üçün möhkəm təməl yaradır.   - Son günlərin ən aktual mövzusuna çevrilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunmasına münasibətiniz necədir, bunun arxasında kimlər və başlıca olaraq hansı təxribatçı qüvvələr dayanır? Ümumilikdə Azərbaycan-Rusiya münasinbətlərinin hazırki səviyyyəsi haqqında nə deyə bilərsiniz? - 2017- ci il mayın 15- də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiası əsasında bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi məndə dolaşıq, izahı çətin olan mənfi təəssürat doğurdu. Rusiya Ədliyyə Nazirliyinin bu qərarı iki ölkə arasındakı münasibətlərin hərfinə də, ruhuna da yad olan bir addımdır. Bəzilərindən fərqli olaraq mən bu qərarı həm siyasi, həm də müəyyən qüvvələrin təzyiqi ilə reallaşdırılan təhlükəli bir akt kimi qiymətləndirirəm. Məsələ burasındadır ki, Azərbaycanla Rusiya arasında mövcud olan ən yüksək səviyyəli siyasi, iqtisadi və mədəni əlaqələrin mövcudluğu məntiqi cəhətdən də bu tipli addımları mümkünsüz edirdi. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv ediləcəyinə inanmaq istəmirəm . Düşünrəm ki, daha ali instansiyalara müraciət və hər iki ölkənin müvafiq strukturlarının birgə müzakirələri yolu ilə prosesi dayandırmaq mümkün olacaq. Bu günlərdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova mətbuat konfransı zamanı söylədiyi “ölkədə (Rusiyada)azərbaycanlıların mənafeyini müdafiə edən 260-dan çox təşkilat vardır” fikrini isə, onun bəzi anoloji mülahizələr kmi, sözün əsil mənasında, boşboğazlıq hesab edirəm. Rusiyada iki milyondan çox azərbaycanlını Ümumrusiya Azərbaycanlıları Konqresi qədər kompleks səmərəli yönəldən və onlara dəstək olan ikinci struktur tapmaq qeyri-mümkündür. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsinin səbəbləri sırasında onun son dövrlərdə nüfuzunun artmasından bəzi dairələrin qorxuya düşməsi faktorunun dayanması iddiası da inandırıcıdır. Azərbaycanda kifayət qədər rus millətindən olan vətəndaşlar mövcuddur və məndə olan məlumatlara görə, onlar Rusiya Ali Məhkəməsinin qərarını çox böyük narazılıəq və təpki ilə qarşılamşılar. Bir sözlə, bu qeyri-səmimi jest Rusiya–Azərbaycan əlaqələrin indiki mənzərəsi ilə qətiyyən uzlaşmır və vəziyyətin tezliklə normallaşacağını düşünürəm.   - Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində təxribatçı əməllərini davam etdirir. Necə düşünürsünüz, növbəti "aprel döyüşləri" yaşana bilərmi? - Əgər işğalçı Ermənistan özünü aprel ayında olduğu kimi apararsa, şübhəsiz, öz layiqli və sarsıdıcı cavabını alacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin istər ölkədaxili çıxışlarında, istərsə də müxtəlif beynəlxalq tədbirlər, görüşlər zamanı söylədiyi nitqlərində bu fikri dəfələrlə vurğulayıb. Digər tərəfdən, Ermənistanda gedən son prosesləri nəzərdən keçirərkən, Sarksyan rejiminin özünün son günlərini yaşadığını hiss etmək o qədər də çətin deyil. S.Sarqsyanın cəbhəyanı bölgələrdəki fitnəkar “fəallığı” onun öz qanlı xuntasını xilas etmək üçün göstərdiyi son və ümidsiz səylərdən başqa bir şey deyildir. Ermənistan öz tarixinin ən tənəzzüllü dövrünü yaşayır. Ölkədə bütün infrastrukturlar dağıdılmış, ölkə əhalisinin böyük əksəriyyəti xarabazara çevrilmiş şəhər və kəndləri tərk edərək yaxın və uzaq xaricə üz tutmuşlar. Ermənistanın bütün hüquq və səlahiyyətləri onun əbədi ağası olan Rusiyaya dövr edilmişdir. Ermənistan ordusunun cəbbəxanasının əsasını ötən əsrin 70-80-ci illərində keçmiş sovet ordusunun arsenalında olmuş köhnə silah-sursat və texnika təşkil edir. Bu faktı erməni analitiklərinin özləri də etiraf edirlər. Azərbaycanın sərəncamında isə ən müasir, ən modern silahlar vardır və bu silahlar vasitəsi ilə erməni qəsbkarlarını bir neçə saat ərzində Yer üzündən silmək mümkündür. Bunu Ermənistanda da yaxşı başa düşürlər. Hesab edirəm ki, yeni döyüşlər Ermənistanın əbədi iflası ola bilər, ona görə də onların bir daha ötən ilin aprel ayında baş vermiş, Azərbaycan böyük siyasi və hərbi qələbəsi ilə başa çatmış lokal qapşıdurmaya gedəcəyi inandırıcı görünmür. Həm də təkcə ona görə ki, Azərbaycanın səbri heç də hüdudsuz deyildir”.

18 May 2017
Siyasət

YAP Binəqədi rayon təşkilatının IX konfransı keçirilib

Mayın 18-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransı keçirilib.

4 May 2017
Cəmiyyət

Azərbaycan səhiyyəsi öz uğurlarına görə Ulu öndər Heydər Əliyevə minnətdardır

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov - Kamaləddin müəllim, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sisteminin inkişafı ilə bağlı Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında nə demək olar? - Ulu öndərimiz Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli lider səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Böyük öndər  ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk  dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə  tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi.  Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.  Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən ulu öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən Ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər. Heydər Əliyevin 1982-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaltdı, əksinə, bir az  da artırdı. Ulu öndər sonralar bu dövrü  xarakterizə edərkən  deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt sovetlər ittifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir. Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. İndi tam əminliklə demək olar ki, Ulu öndər Heydər Əliyevin və Onun layiqli davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər. Tibb mütəxəssislərimizin xaricə oxumağa və işləməyə göndərilməsi, həm də müxtəlif xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarına maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox  bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb. Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Ümummilli liderimizin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycanda səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi - iqtisadi vəziyyəti yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. - Müstəqillik dövründə Azərbaycanda səhiyyə sisteminin inkişafı ilə bağlı Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən ardıcıl, məqsədyönlü, sistemli və kompleks xarakterli tədbirlərin nəticəsində qazanılan uğurlar barədə nə deyə bilərsiniz? - Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998–ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı. Ümummilli liderin səhiyyə siyasətinin əsas  istiqamətlərindən biri də keçid dövründə bu sahədə mütərəqqi dəyişiklərin aparılması və yeni səhiyyə sisteminin qurulması idi.  - Hazırda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla daam etdirilir. Şübhəsiz ki, bu, səhiyyə sistemində də özünü göstərir. İndiki mərhələdə ölkəmizdə insanların sağlamlığının qorunması və səhiyyənin inkişafı istiqamətində həyata keçirilən işləri necə dəyərləndirirsiniz? - Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdardır ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 7 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500–dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi–texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir.  Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur. - Son illər Azərbaycanda kifayət qədər müasir tibb müəssisəsinin istifadəyə verilməsi əhaliyə göstərilən tibbi xidmət səviyyəsinin  yüksəldilməsinə necə təsir göstərir? - Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir. Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olmuşdur. Bunun nəticəsidir ki, tibb müəssisələrinin və xəstələrin "təhlükəsiz" donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir. - Kamaləddin müəllim, bütövlükdə, Azərbaycan səhiyyəsinin hazırkı inkişaf dövrünü necə səciyyələndirmək  olar? - Artıq bu gün Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülmüş, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılmış,  dövlət hesabına 865 xəstənin açıq ürək əməliyyatı icra olunub, 63 nəfərə böyrək köçürülmüşdür. 42 sümük iliyi transplantasiyası icra edilmişdir. Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunmuşdur. O cümlədən, 265 uşağa 219 açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunmuşdur. Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən, həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını almışdır. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır. Göründüyü kimi, ulu öndərimizin əsasını qoyduğu səhiyyə strategiyası uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalın xüsusi çəkisi durmadan artır.

2 May 2017
Müsahibə

Kamaləddin Qafarov Azərbaycan səhiyyəsi öz uğurlarına görə Ulu öndər Heydər Əliyevə minnətdardır

28 Apr 2017
Müsahibə

Kamaləddin Qafarov: Bizə qarşı qərəzli mövqe olmamalıdır

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir.

28 Apr 2017
Cəmiyyət

Milli Məclisin deputatı Kamaləddin Qafarov akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilmiş humanitar aksiyada iştirak etdi.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı artıq bir neçə ildir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ad gününə həsr edilmiş silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri Yasamal rayonundakı 3 nömrəli şəhər poliklinikasında təşkil edilib. Burada I və II qrup gözdən əlillər pulsuz tibbi müayinədən keçiblər. AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, YAP Nəsimi rayon təşkilatının üzvləri və KİV nümayəndələri iştirak ediblər. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev tədbirdə çıxış edərək bildirib ki, əlillərin cəmiyyətə inteqrasiyası və onların həyat tərzinin yaxşılaşması məqsədilə son illər ölkəmizdə çoxlu dövlət layihəsi həyata keçirilib, çoxsaylı tədbirlər görülüb. S.Abdullayev qeyd edib ki, iki gün ərzində poliklinikada təqribən 200 gözdən əlil pulsuz tibbi müayinə olunacaq. Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev, Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzi direktorunun müavini Kəmaləddin Qafarov və başqaları Zərifə Əliyevanın mənalı həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söz açıblar. Onlar bildiriblər ki, Z. Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələrində apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və fundamental əsərləri tibb elmi tarixinə parlaq səhifələr yazıb. Natiqlər bildiriblər ki, Azərbaycanda traxomanın kökünü kəsməyi qarşısına məqsəd qoymuş Zərifə xanım gözəl başa düşürdü ki, bu, çox mürəkkəb və çətin məsələdir. Ancaq bu işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, bu xəstəliyin aradan qaldırılmasında uğur qazandı. Xüsusi vurğulanıb ki, Zərifə Əliyeva ziyalı qadın adını ucaltmış unudulmaz şəxsiyyətlərdən biridir. Böyük alim müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin sadiq ömür-gün yoldaşı və etibarlı dostu olub.

28 Apr 2017
Cəmiyyət

Milli Məclisin deputatı Kamaləddin Qafarov Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilmiş tədbirdə iştirak etmişdir. (FOTO)

Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi.  Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Elmira Axundova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva, Binəqədi RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.  Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.  Tədbiri açıq elan edən aparıcı Azərbaycan Respublikasının Əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verdi.  Çıxış edənlər millət vəkilləri Kamaləddin Qafarov, Elmira Axundova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdilər. Natiqlər çıxışında bildirdilər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı.  Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.  Daha sonra tədbir Azərbaycan Respublikasının Əməkdar Artisti Hüsniyyə Mürvətovanın  ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi, Cəfər Cabbarlının “Ana”,  Leyla Əliyevanın “Zaman” şeirləri səsləndirildi. O cümlədən, Azərbaycanın xalq artisti Samir Cəfərovun ifasında  “Sevgili canan” və “Məşəl kimi yanan ürək”, rayonun istedadlı gənci Rəşad Hacızadənin ifasında  “Əziz ana” mahnıları ifa edildi. Həmçinin, rayonun M.Maqomayev adına 26 № - li onbirillik Uşaq Musiqi Məktəbi "Fantaziya" skripkaçılar qrupunun müşaiyyəti ilə 179 saylı orta məktəbin 2-ci sinif şagirdi Aysun Əsgərovanın ifasında xalq şairi Nəriman Həsənzadənin “Əbədiyyət” şeiri səslənmiş və Humanitar Kollecin xoru “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə tədbirin bədii hissəsinə yekun vurdular.Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış oldular.

25 Apr 2017
Səhiyyə - Sağlamlıq

Millət vəkili Kamaləddin Qafarov pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə tanış olub

Aprelin 24-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, komitənin üzvləri Musa Urud, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Kamaləddin Qafarov, Rəşad Mahmudov, İlham Məmmədov, Qənirə Paşayeva, Sədaqət Vəliyeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Tahir Mirkişili və Mahir Abbaszadə icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə pilot ərazilərdəki tibb müəssisələrində - Yevlax rayon Mərkəzi Xəstəxanasında, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və yeni binası bir aydır ki, istifadəyə verilən Yevlax rayonu Xaldan Ailə Sağlamlıq Mərkəzində olublar. Realpress.az xəbər verir ki, Millət vəkilləri Yevlax və Mingəçevirdə 24 saat fəaliyyət göstərən laboratoriyaların işini, tibbi sığortanın keyfiyyətinin artırılması məqsədi ilə tibbi avadanlıqların alınmasını xüsusilə yüksək qiymətləndiriblər. Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mərkəzi Xəstəxanaların nəzdində qurulan TTTY şöbəsini və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə böyük maraq göstəriblər. Daha sonra Milli Məclisin səhiyyə komitəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə Mingəçevir şəhərində “Azərbaycanda icbari tibbi sığorta: Görülən işlər, problemlər, perspektivlər” mövzusunda iclas keçirib. Komitənin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın Azərbaycanda tətbiq edildiyi qısa vaxt ərzində çox böyük işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta tətbiq edildiyi bütün ölkələrdə tibbin inkişafının əsasını qoyub. Tibbi xidmətin səviyyəsinin yüksəkliyinə görə fərqlənən ölkələrin hamısı buna məhz icbari tibbi sığortanın tətbiqi sayəsində nail olublar: ”Artıq icbari tibbi sığortanın tətbiqinə başlamışıq və müsbət nəticə var. Həm sovet, həm müasir səhiyyə sistemi ilə tanış olan bir adam kimi qısa müddət ərzində bu qədər böyük işlərin görülə biləcəyini gözləmirdim. İcbari tibbi sığortanın spesifikasını nəzərə alsaq, qeyd edim ki, bunun həyata keçirilməsi o qədər də asan deyil. Təqdirə layiq haldır ki, bu istiqamətdə yaxşı komanda formalaşıb, Agentliyə təcrübəli ekspertlər cəlb olunub. Təbii ki, problemlərin tamamilə aradan qaldırıldığını demək olmaz, bunlar nəzərə alınmalıdır. Pilot layihə göstərir ki, gələcəkdə icbari tibbi sığortanın Azərbaycanda uğurla tətbiq edilməsinə imkan var”. Agentliyin direktoru Zaur Əliyev iclas iştirakçılarına icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib. Onun bildirdiyinə görə, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərin əmək haqları 240-740, orta tibb işçilərinin 80-200, kiçik tibb işçilərinin əmək haqları isə 80-130 manat arasında artırılıb. Cari ilin fevral ayında pilot ərazilərdəki tibb müəssisələrində sığortalı əhaliyə 101268 tibbi xidmət, mart ayında isə 163029 tibbi xidmət göstərilib. Göstərilən xidmətin 67 faizini ambulator müayinələr təşkil edib, hər iki ay üzrə həyati vacib, dəyəri yüksək əməliyyatların sayı 118 təşkil edib. Bununla yanaşı, Ailə Sağlamlıq mərkəzlərinin xəstəxanaların resurslarından, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsində rolu artıb. Belə ki, Yevlax və Mingəçevirdə hər iki müraciətdən birinə ailə həkimi baxır, xəstəxanadakı ixtisaslı həkimlərə göndəriş edilmir. Daha sonra millət vəkilləri icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər.

21 Apr 2017
Siyasət

Kamaləddin Qafarov : Ümumi strateji məqsədlər və sosial rifah naminə tarixi missiya

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bu nailiyyətlərin özülündə isə əsasını ulu öndər Heydər Əliyevin  qoyduğu sabitlik və inkişaf xəttini Prezident İlham Əliyevin böyük uğurla davam etdirməsi dayanır. Məhz möhtərəm İlham Əliyevin gərgin və prinsipial fəaliyyəti nəticəsində respublikamız dünya dövlətləri sırasında layiqli yerini tutub və bu mövqeyimiz ilbəil möhkəmlənməkdədir. Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə, heç şübhəsiz, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskar fəaliyyətinin, əzmkar mübarizəsinin və humanistliyinin də böyük rolu var. Mehriban xanımın hələ Birinci vitse-prezident təyin olunmazdan öncə də Heydər Əliyev Fondunun prezidenti və Azərbaycanın birinci xanımı kimi ictimai, siyasi və mədəni sahədəki fəaliyyətini ölkə ictimaiyyəti yüksək qiymətləndirib. Prezident İlham Əliyevlə yanaşı, Mehriban Əliyevanın da ardıcıl səylərinin nəticəsidir ki, Azərbaycanda millətlərarası və dinlərarası dialoq, multikulturalizm prinsipləri daim diqqət mərkəzində saxlanılır və bu sahədə də ölkəmiz dünya miqyasında böyük uğurlara imza atıb. Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə təbliği işində Mehriban Əliyevanın misilsiz xidmətləri var.  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda “Avroviziya” müsabiqəsi, I Avropa Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Növbəti beynəlxalq idman yarışması gələn ay Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarıdır. Belə populyar və humanist tədbirlər ölkəmizə xarici aləmdə böyük nüfuz qazandırır.  Bütün bunlar onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması onun xalqımızın yüksək rifahı və dövlətimizin daha da möhkəmlənməsi naminə respublikamızın daxili və xarici siyasətində, mədəni-ictimai həyatında daha böyük əzmkarlıqla fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Mehriban xanımın bu təyinatdan sonra keçirdiyi görüş və müşavirələr, iştirak etdiyi mərasimlər, müvafiq dövlət qurumlarının işinə gətirdiyi canlanma bu mülahizəni bir daha təsdiqləyir. Bu yaxınlarda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Möhtərəm Mehriban xanımın bu mərasimdə iştirakı böyük məna kəsb edir. Daha doğrusu, Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi ilk baş çəkdiyi, açılışında iştirak etdiyi yerlər sırasında Səhiyyə Nazirliyi müəssisəsinin olması onun bu sahəyə hərtərəfli, davamlı qayğısından xəbər verir. İndi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qadınlarımıza ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait var. Bu ciddi nailiyyətdir və bir daha sübut edir ki, Azərbaycanda səhiyyənin inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini dövlət rəhbərliyi daim diqqət mərkəzində saxlayır. Son illərdə ölkədə səhiyyə xidmətinin müasir səviyyəyə çatdırılması, yeni tibb ocaqlarının inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası bu baxımdan önəmli sosial inkişaf göstəricisidir. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Qabaqcıl dünya standartlarına çatmaq yolunda davamlı addımlar atan Azərbaycan səhiyyəsinin nüfuzu son illərdə xeyli yüksəlmişdir. Prezident İlham Əliyevin bu sahənin ehtiyaclarına göstərdiyi diqqət və qayğı, uğurla həyata keçirilən dövlət proqramları, səhiyyə sistemində aparılan islahatlar bu sahəni hərtərəfli yeniləşmə yoluna çıxarıb. Tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz həyatımızda aydın hiss edirik. Görülən işlər əhalinin tibb müəssisələrinə inamını getdikcə artırır. Səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Birinci vitse-prezident kimi Mehriban xanımın səhiyyəmizin inkişafına da göstərdiyi diqqət və qayğının yeni mərhələyə daxil olması xüsusi qeyd edilməlidir. Bakıda və regionlarda mövcud tibb müəssisələrinin əsaslı təmirində, yenilərinin yaradılmasında, müasir  səhiyyə ocaqlarının istifadəyə verilməsində  Mehriban xanım Əliyevanın xeyirxah köməyi danılmazdır. Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığını daim diqqətdə  saxlayan Mehriban xanımın bilavasitə himayəsi ilə Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyatı olan Qan Bankının yaradılması da milli səhiyyəmizin ciddi uğurlarındandır. Məhz Mehriban xanımın təşəbbüsü ilə diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir. Bununla yanaşı, ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və köməyi ilə ölkəmizdə çoxsaylı tibb müəssisələri tikilmiş, əsaslı təmir olunmuşdur. Mehriban xanım Əliyevanın 2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin yeni tikilmiş Uşaq Klinikasında olması da çağdaş səhiyyəmizin unudulmaz bir səhifəsinə çevrilmişdir. Bu da səbəbsiz deyil, çünki hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdir.  Ümummilli lider Heydər Əliyevin sosialyönümlü cəmiyyət yaradılması siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, gələcəyimiz olan uşaqların sağlamlığına xüsusi əhəmiyyət verilir. Bu siyasətin gerçəkləşməsində Azərbaycanın birinci xanımıMehriban Əliyevanın da böyük zəhməti var. Uşaqlara diqqət və qayğı, xüsusilə də onların sağlamlığı ilə bağlı məsələlər onun rəhbərlik etdiyi fondun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı layihələr sırasında “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı” və digər sosial proqramlar da var. Məhz bu yeniliklərin sırasında Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının istifadəyə verilməsi səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində atılan misilsiz bir addımdır. Bu klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir. Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı və səmərəli layihələr bir həqiqəti ortaya qoyur: Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın timsalında səhiyyənin böyük hamisi, qayğıkeşi var. İxtisasca həkim olan Mehriban xanım humanist fəaliyyəti ilə həm bu peşəyə yüksək dəyər gətirir, həm də ölkəmizdə səhiyyənin dünya standartlarına uyğun inkişaf etməsi üçün köməyini əsirgəmir. Mehriban xanım Əliyeva təkcə səhiyyəyə deyil, digər sahələrə də xüsusi qayğı ilə yanaşır. Dünya şöhrətli bu qadın liderin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu günə kimi istər ölkə daxilində, istərsə də xaricdə çeşidli layihələr reallaşdırıb. Bu gün isə Mehriban xanım ölkəmizin Birinci vitse-prezidenti kimi istər səhiyyə, istərsə də digər sahələrin inkişafını  diqqət mərkəzində saxlayır, sahənin problemlərinin həllinə dəstəyini əsirgəmir. Bu yüksək posta təyin olunduğu qısa bir zaman kəsiyində  Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən müşavirə və görüşlərdə müzakirə olunan məsələlər, verilən tapşırıqlar bu yöndə yeni perspektiv açır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bir sıra mühüm problemlərə toxunulub, onların həlli yolları müzakirə edilib. Mehriban xanım Əliyeva aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tapşırıqlar verib. Birinci vitse-prezidentin keçirdiyi ilk iclasın qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edilməsi onun bu ağrılı məsələyə xüsusi həssaslıqla yanaşdığını göstərir.  Bu il aprelin 3-də Mehriban xanımın ötən ilin aprel döyüşlərində yaralanmış bir qrup əsgər və zabitlə görüşü və “2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış əsgər və zabitlərinin yüksək texnologiyalı protezlərlə təmin edilməsi”  layihəsinin təqdim olunması mərasimi zamanı onun tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışanlar həm əlillərin protez təminatını, həm də onlara texniki xidməti həyata keçirəcəklər. Birinci vitse-prezidentin humanist missiyasına aid misalları çoxaltmaq da olardı. Dövlət başçısı İlham Əliyevin ən yaxın kömək-çisi və silahdaşı olan Mehriban xanım Əliyevanın ölkənin dinamik inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması, Azərbaycanın layiqli beynəlxalq imicinin formalaşdırılması sahəsində növbəti strateji planları artıq uğurla start götürüb. Mehriban xanım Əliyevaya bu tarixi missiyasının gerçəkləşməsində uğurlar diləyirik. Bununla yanaşı, biz hamımız həmin layihələrin reallaşması üçün Birinci vitse-prezidentə öz dəstəyimizi əsirgəməməliyik. Kamaləddin QAFAROV,Milli Məclisin deputatı

4 Apr 2017
Cəmiyyət

Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib (FOTO)

Aprelin 3-də Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilib. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər. İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam edib. Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak ediblər.

18 Mar 2017
Cəmiyyət

Millət vəkili Kamaləddin Qafarov bayram öncəsi aztəminatlı ailələrlə görüş keçirdi

        Bu gün Novruz bayramı münasibəti ilə Bakının Binəqədi rayonunda yaşayan  aztəminatlı   ailələrin – şəhid ailələrinin , Qarabağ müharibəsi veteranlarının, I və II qrup əlillərin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə ölkəmizdə gedən ictimai-siyasi  proseslər,  əhalinin sosial rifahının yüksəldilməsi məqsədi ilə Azərbaycanda  aparılan kompleks işlər  barədə geniş söhbət açılmışdır.       Görüşdə iştirak edən rayon sakinləri -  S.Muxtarova, Ş.Məmmədova, R.Tağıyeva, A.Ələkbərov, T.Məmmədova, K.Səfərova  və başqaları son dövrdə Azərbaycanda, eləcə də Binəqədi rayonunda  reallaşan abadlıq və quruculuq tədbirlərindən razılıq etmiş, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasəti ürəkdən dəstəklədiklərini bildirmişlər.        Çıxış edənlər Novruz bayramının tarixindən söz açmış, ölkəmizin mədəni həyatında önəmli bir yer tutduğunu vurğulamış, xeyir-bərəkət və ruzi timsalı  olan baharın gəlişi münasibəti ilə soydaşlarımızı təbrik etmişlər.       Görüşün sonunda 72 ailəyə  milllət vəkili Kamaləddin Qafarovun adından hədiyyələr və bayram sovqatı təqdim edilmişdir. 

26 Fev 2017
Cəmiyyət

Kamaləddin Qafarov: "Xocalı soyqırımını artıq bir sıra ölkə parlamenti beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb"

Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci il dönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi24 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Xocalı harayı” adlı tədbirkeçirildi.Xeberpress.info xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Kamaləddin Qafarov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müaviniAygün Əliyeva, , YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov, YAP Binəqədi rayon təşkilatının Şura üzvləri,YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, İctimai birliklərin rəhbərlərivə rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitabların sərgisi ilə tanış olduqdan sonra Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir "Xocalı harayı” adlı kompozisiyanın nümayişi ilə başladı.Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovçıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikada, eləcə də Binəqədi rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirdi. Natiq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Ramiz Göyüşov bildirdi ki, Prezident İlham Əliyev də hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğuladı. O qeyd etdi ki, artıq bir sıra ölkə parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb.Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov və digər çıxışçılar Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildirdilər.Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müaviniAygün Əliyevavurğuladı ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir.Aygün Əliyevabildirdi ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atır. Bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi, regional və beynəlxalq miqyasda böyük uğurlara imza ataraq tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir.Sonra tədbir bədii hissə və Xocalı faciəsinə həsr edilmiş "Müharibə uşaqları” adlı filmin nümayişi ilə davam etdirildi.

25 Fev 2017
Siyasət

Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci il dönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirildi

24 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Xocalı harayı” adlı tədbirkeçirildi. Tədbirdə Milli Məclisin deputatı Kamaləddin Qafarov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müaviniAygün Əliyeva, , YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov, YAP Binəqədi rayon təşkilatının Şura üzvləri,YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, İctimai birliklərin rəhbərlərivə rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitabların sərgisi ilə tanış olduqdan sonra Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir "Xocalı harayı” adlı kompozisiyanın nümayişi ilə başladı. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovçıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikada, eləcə də Binəqədi rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirdi. Natiq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Ramiz Göyüşov bildirdi ki, Prezident İlham Əliyev də hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğuladı. O qeyd etdi ki, artıq bir sıra ölkə parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov və digər çıxışçılar Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildirdilər. Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müaviniAygün Əliyevavurğuladı ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir.Aygün Əliyevabildirdi ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atır. Bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi, regional və beynəlxalq miqyasda böyük uğurlara imza ataraq tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir. Sonra tədbir bədii hissə və Xocalı faciəsinə həsr edilmiş "Müharibə uşaqları” adlı filmin nümayişi ilə davam etdirildi.

18 Fev 2017
Cəmiyyət

Kamaləddin Qafarov Binəqədi Rayon İH-nin hesabat yığıncağında ölkədə gedən tərəqqidən danışdı

16 fevral 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Madər Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdilər.Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başladı.Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Natiq çıxışında bildirdi ki, artıq 25 ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.Natiq bildirdi ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Ölkə prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəkləndi, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirildi.Daha sonra hesabat yığıncağında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kəmaləddin Qafarov, 284 saylı orta məktəbin direktoru  Nizami Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular. Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.Hesabat yığıncağına Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vuraraq bildirdi ki, 2017–ci ildə də Dövlət başçısı cənab İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və naliyyətlərimiz daha çox olacaqdır. Çünki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

13 Fev 2017
Müsahibə

Kamaləddin Qafarov : Xocalı soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı əsrlərdi davam edən etnik təmizləmə siyasətinin daha bir dəhşətli nümunəsidir

       Millət vəkili  Kamaləddin Qafarov: “Həm Xocalı soyqırımını, həm də xalqımıza qarşı digər qanlı cinayətləri törədən erməni faşıstlərinin layiqli cəzalarını alacaqları gün uzaqda deyil”

4 Fev 2017
Siyasət

Kamaləddin Qafarov : " Qarabağa böyük qayıdışın qarşısını heç bir qüvvə kəsə bilməyəcək "

Yeni ilin ilk ayında ölkəmizdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətinin müəyyənləşdirilməsi, Ermənistanın işğalından azad edilmiş ərazilərimizin məskunlaşdırılması ilə bağlı atılan növbəti addımlar, qəbul edilən önəmli qərarlar, bütövlükdə, Qarabağa böyük  qayıdışa start verilməsi  məram və mahiyyətinə görə çox böyük əhəmiyyət kəsb edir. Bu hadisələrin mərkəzində dayanan Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət başçısının  rəhbərliyi ilə başlanan işlər Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalından azad edilməsinin Azərbaycan  üçün prioritet məsələ olduğunu bir daha təsdiqlədi.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

19 Yan 2017
Müsahibə

Kamaləddin Qafarov : Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır

Qəzetimizin “Yeni mandat” rubrikasının bugünkü qonağı, 9 saylı ikinci Binəqədi Seçki Dairəsindən Azərbaycan Respublikası  Milli Məclisinin deputatı  Kamaləddin QAFAROVDUR.

14 Yan 2017
Siyasət

KAMALƏDDİN QAFAROV: ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN MÜASİR MULTİKULTURALİZM SİYASƏTİNİN BANİSİDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2016-ci il tarixli sərəncamı ilə 2016-cı il ölkemizdə“Multikulturalizm ili” elan edilmişdir. Multikulturalizmin Azərbaycanın rəsmi siyasəti səviy­yə­sinə yüksəlməsi, bu siyasətin bir çox mütərəqqi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən rəğbətlə qarşılanması və ən yüksək səviyyədə dəfələrlə razılıqla vurğulanması da heç kəs üçün sirr deyildir.

10 Yan 2017
Cəmiyyət

Kamaləddin Qafarov: Unudulmaz dövlət və elm xadimi haqqında

Görkəmli dövlət xadimi, istedadlı alim, adı ölkəmizin səhiyyə tarixinə qızıl hərflərlə yazılmış unudulmaz insan Əziz Məmmədkərim oğlu Əliyev 120 il əvvəl ilin ilk günündə anadan olub. Xalqımız bu böyük şəxsiyyətin yubileyini təntənə ilə qeyd edir.

5 Yan 2017
Cəmiyyət

Millət vəkili Kamaləddin Qafarova ağır itki üz verdi

Millət vəkili Kamaləddin Qafarova ağır itki üz verib.

23 Dek 2016
Siyasət

Kamaləddin Qafarov: AZƏRBAYCANIN YENİ İNKİŞAF MODELİNİ YARADAN LİDER

        Müasir dünyamızda beynəlxalq arenada müstəqil siyasət yürüdən, prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən Azərbaycan nüfuzlu ölkə kimi tanınır. 25 illik müstəqillik tariximizdə Azərbaycanın təhlükəsizliyə, sabitliyə və s. verdiyi töhfələrin nəticəsində BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumlara üzv olması beynəlxalq nüfuzunun göstəricisidir. Müstəqil, demokratik dövlətin idarə olunmasının möhkəm əsaslarını, etibarlı bünövrəsini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yaratmışdır.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

10 Okt 2016

Binəqədi rayonunda “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirildi

Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən  qədim bayraqların sərgisi ilə başladı. 

20 Sent 2016

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirildi

Sentyabrın 20-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.

12 Sent 2016

Milli maraqlara xidmət edən Konstitusiya islahatları

Bu islahatlar zərurətdən qaynaqlanır Azərbaycan ölkənin ictimai-siyasi həyatı üçün əlamətdar olacaq daha bir tədbir ərəfəsindədir. Belə ki, məlum olduğu kimi sentyabrın 26-da ölkədə konstitusiya dəyişiklikləri məqsədilə ümumxalq səsverməsi keçiriləcək. Ana qanuna ediləcək dəyişikliklər bütün parametrləri üzrə Azərbaycan vətəndaşlarının rifahı, idarəetmə prosesinin təkmilləşdirilməsi, ölkənin daha da inkişaf etdirilməsinə xidmət edir. Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədir.

9 Sent 2016

“Ölkəmiz növbəti vacib siyasi proses ərəfəsindədir”

Kamaləddin Qafarov: "Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrini əhatə edir”

8 Sent 2016

Kamaləddin Qafarov: Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır

«Konstitusiyaya təklif olunan dəyişikliklərin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Kamaləddin Qafarov deyib.

6 Sent 2016

Nəsimi rayon seçiciləri referenduma ciddi hazırlaşır FOTOLAR

Bu gün Referendumla üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçigiləri ilə görüş keçirib.

5 Sent 2016

Kamaləddin Qafarov: Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır

Konstitusiyaya təklif olunan dəyişikliklərin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. 

5 Sent 2016

“Ölkəmiz növbəti vacib siyasi proses ərəfəsindədir”

Kamaləddin Qafarov: "Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrini əhatə edir”

1 Avq 2016

YAP Binəqədi rayon təşkilatında Referendum üzrə təşəbbüs qrupu yaradıldı

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (Referendum) ilə bağlı yığıncaq keçirildi. Yığıncaqda Binəqədi rayonunda referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması müzakirə olundu.

1 Avq 2016

YAP Binəqədi rayon təşkilatında təşəbbüs qrupu yaradıldı

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (Referendum) ilə bağlı yığıncaq keçirildi. Yığıncaqda Binəqədi rayonunda referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması müzakirə olundu.

26 İyun 2016

"Azərbaycan səninlədir, sənsiz deyil" - FOTO

Binəqədi Rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş "Azərbaycan səninlədir, sənsiz deyil" VI yaradıcılıq festivalı keçirilmişdir.

11 İyun 2016

M.Ə.Rəsulzadə qəsəbəsində sakinlərlə görüş keçirilib

2016-cı il iyun ayının 10-da 100 saylı məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun və 9 saylı Binəqədi II Seçki Dairəsindən Millət Vəkili seçilmiş  Kamaləddin  Qafarovun M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti görüşü keçirilib.

8 İyun 2016

Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

İyunun 7-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.

7 İyun 2016

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 7-də Milli Məclisin Səhiyyə  komitəsinin  iclası  keçirildi.  İclası  açan komitə  sədri Əhliman Əmiraslanov əvvəlcə gündəlikdəki “Dərman  vasitələri  haqqında” qanunda  edilən dəyişikliklərlə  bağlı  fikirlərini  bildirdi.

27 May 2016

Binəqədi rayonunda onkoloji müayinə həyata keçirilir FOTO

26 may 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Milli Məclisin üzvü Kamaləddin Qafarovun təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin peşəkar həkimləri tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanasının həyətində əhalinin onkoloji müayinəsinə başlanılıb.

27 Apr 2016

Binəqədi rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirildi - FOTO

Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.

12 Apr 2016

Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluğu digər ölkələr üçün nümunədir

Dünyada elə iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibətlər Azərbaycan-Türkiyə münasibətləri qədər sarsılmaz və möhkəm olsun.

12 Apr 2016

TÜRKİYƏ PARLAMENTİNİN DEPUTATLARI MİLLİ MƏCLİSDƏ

Aprelin 12-də Milli Məclisin Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Türkiyəli həmkarları ilə görüşü oldu. 

5 Apr 2016

Media millət vəkillərinin fəaliyyətini necə işqlandırır?

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb. 

28 Mar 2016

Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov - Kamaləddin müəllim, dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı əldə olunan uğurlara baxış, onların fonunda yeni perspektivlərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur.İqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanan Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasını şərtləndirən amillərlə bağlı fikirlərinizi bilmək istərdik...

18 Mar 2016

M.Ə.Rəsulzadə Bələdiyyəsində Novruz bayramı münasibətilə aztəminatlı vətəndaşlara bayram sovqatı paylandı

18 mart 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə millət vəkili Kamaləddin Qafarovun qəsəbə sakinləri ilə görüşü keçirilmişdir.

18 Mar 2016
Cəmiyyət

Kamaləddin Qafarov: “Bu dəfə də Azərbaycan etibarlı dost və səmimi tərəfdaş olduğunu əyani şəkildə təsdiq etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada terror aktl ilə bağlı Azərbaycana gələ bilməməsindən sonra Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfər etməsi iki ölkə arasında olan münasibətlərin, İlham Əliyevin bu münasibətlərə necə önəm verməsinin bariz nümunəsi oldu. Gün.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən deyib.

19 Fev 2016

Kamaləddin Qafarov: İcbari tibbi sığorta sisteminin tətbiqi ən aktual məsələlərdən biridir

«Azərbaycanda səhiyyənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Bu sahədə görülən tədbirlər, aparılan islahatlar ciddi nəticələr verməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov deyib.

18 Fev 2016

Kamaləddin Qafarov: “Gənclərimizin vətənə və xalqa sadiq qalmaları üçün əlimizdən gələni etməliyik”

Müasir Azərbaycan gəncliyinin inkişafa çox meyilli olması, dünyada baş verən pozitiv elmi-texnoloji və mədəni yeniliklərə ciddi maraq göstərməsi sevindirici haldır.

11 Fev 2016

Binəqədi Rayon İcra Hakimiyyətində 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi

11 fevral 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.

29 Yan 2016

VİDEO: İdxal olunan dərmanlar ƏDV-dən azad olunsun - TƏKLİF

Özəl klinikalarda aztəminatlı ailələr pulsuz müayinə və müalicə edilsin. Bunu millət vəkili Musa Quliyev Milli Məclisin Səhiyyə komitəsinin iclasında deyib. İclasda millət vəkilləri bir sıra təkliflər səsləndiriblər. Onlardan biri də idxal olunan dərmanların əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır.

28 Yan 2016

Deputat: Bu düzəliş aradan qaldırılmasa, ölkədə dərman qıtlığı yarana bilər

İdxal olunan dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunmaması ölkədə dərman qıtlığı yarada bilər. Trend-in məlumatına görə, bunu millət vəkili Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zaman deyib.

24 Yan 2016

Binəqədidə şəhid əsgərin 40 mərasimi keçirilib - FOTOLAR

Yanvarın 24-də cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi  keçirilib. 

10 Okt 2015

Kamaləddin Qafarovun ilk dəfə səs verən gənclərlə görüşü keçirildi

Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirildi.