“Böyük yeddilik” İranla bağlı qərar verdi

“Böyük yeddilik” İranla bağlı qərar verdi
25 Avq 2019 12:00


Fransanın Biarrits şəhərində keçirilən görüşdə “Böyük yeddilik” ölkələrinin liderləri yekdilli olaraq qərara gəliblər ki,  İran nüvə silahına malik olmamalıdır.

Bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat verib.

G7 liderləri Yaxın Şərq regionunda sülh və sabitliyə yardım etməyə hazır olduqlarını da bildiriblər.

Agentliyin həmsöhbətinin məlumatına görə, Yaponiyanın Baş naziri Sindzo Abe müzakirələr zamanı Tokionun “İranın uranın zənginləşdirilməsi səviyyəsini aşması ilə bağlı ciddi narahatlığını” bildirib.

Bununla yanaşı, Yaponiya hökuməti bu problemin “diplomatik yolla həllinə nail olmağa” davam etmək niyyətindədir.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.