BMT-də gərginlik: Moskva və Pekin ABŞ-a qarşı

BMT-də gərginlik: Moskva və Pekin ABŞ-a qarşı
23 Avq 2019 16:20

Moskva və Pekinin çağırışı əsasında BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.

Realpress.az Axar.az-a istinadən bildirir ki,iclas boyunca Rusiya, Çin və ABŞ diplomatları bir-birini nüvə silahı təhdidi yaratmaqda ittiham ediblər.

İclasda çıxış edən Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin səlahiyyətlərinin icraçısı Dmitri Polyanski amerikalıların yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmasından sonra strateji hücum silahları barədə razılaşmanın da təhdid altında qaldığını deyib. Onun sözlərinə görə, dünya hazırda ABŞ-ın geosiyasi ambisiyaları ucbatından idarəolunmaz silahlanma yarışının bir addımlığına gəlib.

Çinin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Çjan Tszyun isə ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmaqla birtərəfli qaydada hərbi üstünlük əldə etməyə çalışdığını bildirib. O, ABŞ-ın bununla beynəlxalq öhdəliklərinin icrasından imtina etdiyini söyləyib.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin səlahiyyətlərinin icraçısı Conatan Koen isə Vaşinqtona yönələn ittihamlara cavab olaraq bildirib ki, ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasında yer alan qadağan edilmiş raketləri Moskva və Pekin tərəfindən gələn təhdidlərə cavab olaraq artırmaq niyyətindədir. Diplomat Rusiya və Çinin fəaliyyətlərinin təhlükəsizliyin əsaslarını pozduğunu və ABŞ-ın bunu səssiz izləmək fikrində olmadığını vurğulayıb:



23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.

23 Apr 2024
Dünya

Malayziyada helikopterlər təlim zamanı qəzaya uğradılar - ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində hərbi parada hazırlaşan helikopterlərin təlim uçuşu zamanı qəza baş verib.

23 Apr 2024
Dünya

Çində təbii fəlakət: 127 milyon insanın həyatı təhlükə altında - VİDEO

Çin Quandun və Sıçuan əyalətlərində baş verən güclü daşqınlar səbəbindən ciddi təbii fəlakətlə üzləşib.