Kişi 30 il beyində qurd gəzdirib

Kişi 30 il beyində qurd gəzdirib
23 Avq 2019 13:25


Çinin Szyansi əyalətində həkimlər pasiyentin beynindən 10 santimetrlik qurd çıxarıblar.

Bu barədə "AsiaOne" informasiya portalı məlumat yayıb.

59 yaşlı kişi 30 il güclü baş ağrılarından əziyyət çəkib və sağlamlıqla bağlı problemlərinin səbəbini tapmaq cəhdləri uğursuz olub.

Xəstənin sözlərinə görə, 1989-cu ildə kart oynayarkən qəfildən halı pisləşib, əl-ayağı əsməyə başlayıb, ağzından köpük gəlib. Ailəsi onu xəstəxanaya apardıqda, yerli həkimlər xəstəyə epilepsiya diaqnozu qoyaraq müalicə yazıblar.

Dərman qəbul etməsinə baxmayaraq, adam yenə də tutmalardan və mütəmadi baş ağrılarından şikayətlənib, lakin zamanla keçəcəyinə ümid edib.

2015-ci ildə onun yaşadığı kənddə yanğın baş verib. Yanğını söndürməyə çalışarkən çinlinin növbəti tutması tutub. 

Dəfələrlə həkimə müraciət etsə də, eyni diaqnoz qoyulub. Yalnız 2019-cu ilin iyulunda həkimlər onu MRT müayinəsindən keçirib və qan analizi götürüblər. Nəticədə, xəstənin beynində parazit aşkar olunub. Cərrahlar xəstəni əməliyyat edərək qurdu çıxara biliblər.

Həkimlərin ehtimalına görə, parazit pasiyentin orqanizminə təbii mənbədən çiy su içərkən düşüb.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.