Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib
22 Avq 2019 15:29

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digital” planşetini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğu 10 və 13,5 düym diaqonallı ekranla olmaqla iki variantda təklif olunur. Planşetdə basılma gücünə həssas maye-kristal ekrandan istifadə edilib. “Mijia LCD Digital” planşetinin bir tərəfinə çəkisi 7 qram təşkil edən yüngül maqnit stilus bərkidilib.

 

Bildirilir ki, yeni “Xiaomi” qurğusunun ideyası qələm və kağızdan istifadə etmədən istənilən yerdə tez qeydlər etmək, hesablamalar aparmaq, eskiz və ya annotasiyalar yaratmaq imkanından ibarətdir. Yeni planşetin daha bir istifadə ssenarisi uşaqlara rəsm çəkməyi öyrətməkdir.

 

Çinin internet mağazalarında oxşar həllər mövcud olsa da, “Xiaomi” nümayəndələri qeyd edir ki, displeyin işinə bir sıra konstruksiya dəyişiklikləri edilərək onun kontrastlığı və dəqiqliyi artırılıb. Onların sözlərinə görə, qurğu vasitəsilə rəsm çəkmə hissi kağız və karandaşdan istifadə ilə eynidir. Bundan başqa, ekran göz üçün tam təhlükəsizdir.

 

10 düym diaqonallı “Mijia LCD Digital” planşetinin qiyməti 6 dollar, 13,5 düymlünün isə 14 dollar təşkil edir.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.