"Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər” — Qabil Hüseynli

"Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər” — Qabil Hüseynli
22 Avq 2019 15:19

"Mən bildirmişdim ki, dəfn mərasimi hökumətin dəstəyi ilə keçiriləcək. Üzrxahlıq edərək siyasi partiyalardan xahiş etmişdim ki, mərasimə qatılmasınlar. Amma mərhumun 3 və 7 mərasimləri "Heydər” məscidində keçirilir. Kim istəyirsə, iştirak edə bilər”.

Realpress.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a qəzaya uğrayan MİQ29 təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli məlum çağırışına görə tənqid edilməsinə də sərt münasibət bildirib.  

"Hadisə baş verən gündən bir dəfə zəng vurmayıblar, maraqlanmayıblar. Amma sonra dəfn mərasiminə şərik çıxmaq istəyirlər. Bu mənəvi haqqı sizə kim verib? Bu sözlərim bütün siyasi partiyalara aiddir”, - deyə keçmiş müşavir bildirib.

Qabil Hüseynli "Bu çağırış hansı zərurətdən yaranmışdı”sualına cavab olaraq deyib ki, onda dəfn mərasiminə siyasi çalar qatılacağı barədə məlumat olub. 

"Mən dəfn mərasimini siyasiləşdirilməsinin əleyhinəyəm” deyən keçmiş müşavir məlumatı haradan əldə etdiyini və mərasimə siyası rəng qatmaq niyyətində olanların konkret olaraq hansı təşkilatın olduğunu deməyib. 

"Mən 15 il müxalifətin sıralarında olmuşam. Təcrübədən çıxış edərək, dəfn mərasininə siyası rəng qatılacağı barədə ehtimalları nəzərə alaraq bu çağırışı etmişəm. Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər”, - deyə keçmiş müşavir əlavə edib.

Qabil Hüseynli məlum çağırışı hökumətin təhriki ilə etməsi barədə iddiaları əsassız adlandırıb: "Heç bir təhrik olmayıb. Bunu mən özüm etmişəm. Müəyyən məlumatlar var. Hətta hərbçilər mətbuatı da buraxmaq istəmirdilər. Lakin mən buna qarşı çıxdım. Ümumiyyətlə, orada bacardığımı etdim, çox şeylərin qarşısını aldım. Siyasi partiyalardan da sadəcə xahiş etmişəm, özü də dönə-dönə üzr istəyərək”.

Keçmiş müşavir bu məsələdən sonra onun mərhum prezident Heydər Əliyevin sərəncamı ilə işdən çıxarılmasının xatırlanmasına da münasibət bildirib. "Siyasi riyakarlıq söhbətini ortaya atıblar. Siyasi riyakarlıq elə siyasətçinin peşəsidir də. Ona görə də sözü deyəndə ölçüb-biçib demək lazımdır”, - deyə Qabil Hüseynli vurğulayıb. 


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.