Bakıda itkin düşən qız tapıldı

Bakıda itkin düşən qız tapıldı
22 Avq 2019 14:35

İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.

Realpress.az xəbər verir ki, bu barədə Trend-ə itkin düşən 2004-cü il təvəllüdlü Elnarə Əliyevanın atası Vahid Əliyev bildirib. Onun sözlərinə görə, qızı əslində itməyib, sadəcə qohumlarının evinə gedib:

"Elnarə ötən gün artıq tapılıb və evindədir. O, gecə vaxtı evdən çıxarkən nədənsə inciyərək xalasıgilə gedib. Saytlarda elan görən kimi, xalası dərhal polis ilə əlaqə saxlayaraq onun itmədiyini bildirib və daha sonra yaşadığımız evə gətirib".

Xatırladaq ki, 15 yaşlı Elnarə Əliyeva iki gün əvvəl gecə vaxtı evdən çıxaraq geri dönməmişdi. Onun yoxa çıxdığını görən valideynləri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə də məlumat vermişdilər.


25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.