Çində Ümumdünya Robotlar Konfransı keçirilir

Çində Ümumdünya Robotlar Konfransı keçirilir
22 Avq 2019 14:16

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.


“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, konfransda yeni robot, robot texnikası və məhsul nümunələri, o cümlədən tibbi aparat və neyroşəbəkələr üçün bir sıra sərgi meydançaları nümayiş olunur. Bundan başqa, tədbir çərçivəsində 4500 peşəkarın iştirakı ilə 4 müsabiqənin keçirilməsi planlaşdırılır. Konfrans zamanı 21 sənaye tətbiqində ixtisaslaşmış 700-dən çox robot təqdim ediləcək.


Bildirilir ki, konfransın iştirakçılarından biri Almaniyanın “Festo” şirkəti tərəfindən hazırlanan “SmartBird” adlı robot quşdur. Mütəxəssislər robotu qağayıdan ruhlanaraq düzəldiblər. Yüngül pilotsuz uçan aparat aerodinamika və maksimal elastikliyə malikdir. O, tam avtonom şəkildə qalxır, uçur və enir. 23 vatt enerji sərf edən qurğunun çəkisi 450 qram, qanadlarının uzunluğu isə 2 metr təşkil edir.


Digər nümayiş olunan qurğu Çinin “Unitree Robotics” robot texnikası şirkətinin hazırladığı “Laikago” robotu olacaq. Robot 1957-ci ildə kosmosa göndərilən “Layka” adlı itin - dünyanın ilk heyvanının şərəfinə adlanır. Uzunluğu 0,56 metr, eni 0,35 metr olan robotun çəkisi 22 kiloqrama bərabərdir. O, tam enerji topladıqdan sonra 2-3 saat ərzində işləyə bilir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.