Rusiyalı həkim yalnız bir maddədən imtina etməklə 60 KQ ARIQLAYIB

Rusiyalı həkim yalnız bir maddədən imtina etməklə 60 KQ ARIQLAYIB
22 Avq 2019 10:01

"Komsomolskaya pravda" qəzetində çox uğurlu arıqlama təcrübəsi haqqında məlumat tapdıq. Təcrübənin müəllifi tibb elmləri  doktoru damar cərrahı Aleksey Zudindir.

Saglamolun.az KP-ya istinadla bildirir ki, 2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.

Bir elmi nəzəriyyəyə əsasən, piylənmənin səbəbi mədədə yaşayan mikroblardır. Bu mikroblar aclığın əsas taqsırkarlarıdır. Mikrobların sevimli qidası "nişastadır". Nişasta ilə zəngin olan qidaları azaltmaqla bu mikrobların sayını da azaltmaq mümkündür.

Aleksey Zudin öz arıqlama təcrübəsini məhz bu elmi nəzəriyyə əsasında qurub. Həkim qidalanmasından kartof, çörək, makaron, düyü, manna, kolbasa-sosis məmulatları kimi məhsulları tam çıxardıb. Həmçinin şirin qazlı içkilər və spirtli içkilərdən də imtina edib.

Yalnız bu sadə qaydalar həkimə 60 kq artıq çəkidən qurtulmağa kömək edib.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.