“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb
22 Avq 2019 09:15

"Qarabağ"ın UEFA Avropa Liqasının play-off mərhələsində Şimali İrlandiyanın "Linfild" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Realpress.az xəbər verir ki, ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı "iTicket" satış məntəqələrindən, "ASAN xidmət"in 2 və 3 saylı (Yasamal, AMAY T/M) mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.



19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.