Avropa Liqasının pley-off mərhələsində "Linfild"in qonağı olacaq "Qarabağ" bu gün Şimali İrlandiyaya gedəcək.
Realpress.az qol.az-a istinadən xəbər verir ki,Ağdam klubu saat 20:30-da ölkəmizi tərk edəcək. Komanda paytaxt Belfasta çarter reysi ilə gedəcək və təqribən 6 saatlıq yol qət edəcək.
Sarı vərəqə cəzalıları - Riçard Almeyda və Rahil Məmmədov, zədəlilər - Bədavi Hüseynov və Filip Ozobiç Şimali İrlandiyaya aparılmayacaq.
Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçı avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.