“Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk dövrəni başa vurub

“Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk dövrəni başa vurub
20 Avq 2019 16:06

Amerikalı sahibkar İlon Maska məxsus “Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk uçuş dövrəsini başa çatdırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, “Tesla Roadster” 2018-ci ilin fevralında “Falcon Heavy” raketinin test missiyasının faydalı yükü kimi buraxılan idman elektromobilidir. Buraxılışın məqsədi raketin faydalı yükü Mars orbitinədək buraxa bilməsini nümayiş etdirmək olub. Bu dəfə isə elektromobil Günəş ətrafında tam bir orbiti başa vurub. Qət edilən məsafənin uzunluğu təxminən 1 226 milyon kilometr təşkil edir ki, bu da avtomobilin zəmanət müddətini 21 min dəfədən çox üstələyir.

 

“Tesla Roadster” kosmosa hələ də kosmik avtomobilin sükanı arxasında olan skafandr geymiş manekenlə birgə göndərilib. Kosmik avtomobil 2018-ci ilin noyabrında Mars yaxınlığından keçib və indi yenidən Qırmızı planetə yaxınlaşmağa başlayıb.

 

Müşahidəçilər qeyd edir ki, “Tesla Roadster” yüksək sürətlə hərəkət etməkdə davam edir və onun hərəkət trayektoriyasını xüsusi sayt vasitəsilə izləmək mümkündür.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.