Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet"lərinə yeni elektron xidmət inteqrasiya edib.
DİM-dən Realpress.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.
Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, "unikal kod" da verilir. Arayışda göstərilən "unikal kod" vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.
Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən "unikal kod"u tələb etməklə aşağıdakı link vastəsilə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.
Xidmətə keçid pəncərəsi daim DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında olacaq.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.