“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?

“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?
20 Avq 2019 14:55

"Qarabağ"ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi "Azərsun Arena" təmirə bağlanır.

Realpress.az qol.az-a istinadən xəbər verir ki,klubun baş meneceri Asif Əsgərov məlumat verib. O deyib ki, arenanın ot örtüyünün dəyişdirilməsi və digər texniki işlərlə əlaqədar avqustun sonu, sentyabrın əvvəlindən stadion təmirə dayanacaq.

Or ortüyündəki işlərin bu il noyabrın ortalarına qədər başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində isə komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Qeyd edək ki, "Qarabağ" avqustun 25-də "Qəbələ" ilə Premyer Liqa oyununa "Azərsun Arena"da keçirəcək. Daha sonrakı ev matçları isə "Tofiq Bəhramov"da olacaq.


25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.