“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb” — PİLOTUN ÖLÜM TƏFƏRRÜATI

“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb” — PİLOTUN ÖLÜM TƏFƏRRÜATI
20 Avq 2019 14:50

“Rəşadın nəşi təyyarənin düşdüyü yerdən tapılıb”.

Realpress.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında mərhumun qayınatası Qabil Hüseynli deyib. 

Onun sözlərinə görə, cəsəd bütöv deyilmiş: “Hazırda nəşin tapıldığı yerdən qayıdıram. Nəşin tanınması üçün məni çağırmışdılar. Cəsəd bütöv deyil. Çanaq və bədənin müəyyən hissələri tapılıb”. 

Q.Hüseynlinin dediyinə görə, pilotun nəşinin bir ayağı 3 gün öncə tapılıbmış. Amma bu haqda ailəsinə məlumat verilməyib: “Ayağının birini tapıblarmış. Amma bizə bu haqda heç nə deməmişdilər. İndi də bədənin kresloda olan hissəsi aşkarlanıb”.

Mərhum pilotun qayınatasının dediyinə görə, sabah saat 9-da onunla vida mərasimi olacaq: “Bu gün Təzə Pir Məscidində nəş yuyulacaq. Sabah səhər saat 9-da Dadaş Bünyadzadə küçəsində yaşadığı evdə onunla vida mərasimi keçiriləcək. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Tədris Mərkəzində rəsmi vidalaşma mərasimi olacaq. Və əsgəri qaydada II Fəxri Xiyabanda dəfn olunacaq”.

Qabil Hüseynlinin dediyinə görə, təyyarə düşdüyü yerə bərk çaxıldığı üçün cəsəd hissələrə ayrılıb: “Mütəxəssislər deyir ki, “MİQ 29” yerə enərkən burnu üstə zərblə çırpılıb. Sıxılma prosesi gedib və cəsəd əzilib. Pilot kabinəsi də bu səbəbdən yerini dəyişib. Cəsədin ancaq bədən hissəsi bütöv qalıb”.

Xatırladaq ki, polkovnik-pilot Rəşad Ataakişiyevin nəşi bu gün tapılıb. 

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. 

Allah rəhmət eləsin!


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.