Böyük ekranlı “Redmi” televizorunun təqdimat tarixi açıqlanıb

Böyük ekranlı “Redmi” televizorunun təqdimat tarixi açıqlanıb
20 Avq 2019 14:30

Çinin “Xiaomi” şirkəti “Redmi” brendli ilk televizorun təqdimat tarixini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DGL ” resursuna istinadən yazır ki, avqustun 29-da keçiriləcək tədbir çərçivəsində 70 düym diaqonallı böyük televizor modelinin nümayişi gözlənilir. İnternet mənbələrinin məlumatına görə, yeni “Redmi” televizoru 4K təsvir ölçülü ekran, “DTS” və “Dolby Audio” audiosistemləri və səsli idarəetmə sistemi ilə təchiz ediləcək.

Bildirilir ki, televizorun qiyməti 700 dollar təşkil edəcək.  

Hazırda “Xiaomi” şirkəti yalnız öz brendi ilə televizorlar təklif edir.

Qeyd edək ki, bu yaxınlarda “Huawei” şirkətinə məxsus “Honor” brendi televizorlar bazarına daxil olub. Bundan başqa, payızda ilk “OnePlus” televizorunun buraxılışı nəzərdə tutulur.   

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.