17 yaşlı oğlan bərbər adı ilə evdən çıxdı, qayıtmadı - FOTO

17 yaşlı oğlan bərbər adı ilə evdən çıxdı, qayıtmadı - FOTO
20 Avq 2019 11:52

Ata 12 gündür ki, 17 yaşlı oğlunu axtarır. 

Realpress.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Şahin Rəhimov bildirib ki, oğlu Samir Rəhimzadə avqustun 8-i axşam radələrində evdən çıxıb və bir daha qayıtmayıb:

"Sabunçu qəsəbəsində yaşayırıq. İyulun 23-ü 17 yaşı tamam olub. Evdən getdiyi gün anası 5 manat pul vermişdi ki, bərbərdə saçını düzəltdirsin. Əvvəllər də olub ki, əlinə 5-10 manat düşəndə axşamlar gedib səhər gəlirdi. Deyirdi internet klubda olub. Bu dəfə qayıtmadı".

Ş. Rəhimovun sözlərinə görə, oğlu evdən gedən zaman əynində cins şalvar, hərbi yaşılı rəngi kofta olub:

"Şəxsiyyət vəsiqəsi evdədir. Yanına bircə telefonunu götürüb, onda da nömrəsi yoxdur. Qapalı uşaq idi, son bir ildə hamıdan uzaqlaşmışdı. Son 3-4 ayda isə evdən bayıra çıxmırdı. Yaşı az olsa da, 1.80 boyu var, sağlam, yaraşıqlı uşaq idi. Qardaşlarına da heç nə deməyib. Neçə gündür gecələr parklarda skamyalara, internet klublara baxırıq ki, bəlkə oradadır. Xətrinə də dəyən olmayıb".


25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.