Qubada güclü yanğının sahəsi 40 hektara çatıb

Qubada güclü yanğının sahəsi 40 hektara çatıb
20 Avq 2019 10:52


Ötən gün səhər saatlarında Şabran rayonunun dağlıq ərazilərindən başlayan yanğın Qubanın Zərqava kəndininin ərazisinədək uzanıb.

Realpress.az xəbər verir ki, alovu ram etmək hələ mümkün olmayıb.

Zərqava inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən realpress.az-a verilən məlumata görə, 40 hektara yaxın ərazidə kol-kos və ağaclar yanıb. Yanğın bələdiyyə mülkiyyətində olan torpaqlarda baş verib.

Dünən səhər saatlarından etibarən ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin regional bölməsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri, eləcə də Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin əməkdaşları və yerli sakinlər yanğının söndürülməsində iştirak edirlər.

Ərazi dağlıq relyefə malik olduğundan, həmçinin hava şəraitinin küləkli olması alovun ram edilməsində çətinliklər yaradır.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.