Məşhur brendlərin ən gülməli "fake"ləri

Məşhur brendlərin ən gülməli "fake"ləri
20 Avq 2019 09:12

"Reddit"də "Crappy Off Brands" səhifəsi məşhur brendi gülməli formada məharətlə saxtalaşdıran şirkətlərin nümunələri ilə zəngindir.

Məsələn, hamının tanıdığı "Oreo" və "Pepsi" markaları nədənsə "Neo" və "Popsi"yə çevrilib.

Bəs siz heç indiyədək "Mike" krossovkaları görmüsüz? 

Sizə yaxşı marketinq və "kreativliyin" istənilən kommersiya plagiatını necə "gizlədə" biləcəyinə dair bir neçə maraqlı nümunə təqdim edirik.

İstehsalçılar sanki qəsdən öz "ilham pərilərini" gizlətmədən tanıtdırmaq istəyirlər. 

Bu, məşhur "Hugo Boss" ətrinin saxta variantıdır və "Hello Boos" adlanır. Foto "Rebelkids" adlı istifadəçi tərəfindən dərc olunub.


Bu, "Nike" krossovkaları olmalı idi, amma sanki nəsə səhv gedib və "N" hərfinin yerinə "M" hərfi düşüb. Bu şəkli "TheRea1Duck" adlı istifadəçi paylaşıb.


Çox normal stəkanlardır, lakin üzərində "Pepsi" əvəzinə, nədənsə "Popsi" yazılıb. Şəklin müəllifi — "Eggplant_the_kind" adlı istifadəçidir.

Çox güman ki, burada "Toms" yazılmalı idi, amma gördüyünüz ayaqqabılar "Bobs" markasındandır.

"Mountain" nə? Məşhur "Mountain Dew" qazlı içkisi nədənsə "Mountain Frost" olub, lakin orijinal versiyanın rəng qamması və qablaşdırma xüsusiyyətləri saxlanılıb. Fotonun müəllifi isə "Jackhendoes"dir.

Yox-yox! Bu "Samsung" deyil, "Sawsnug"dır. Foto "Lssjgaming" adlı istifadəçi tərəfindən yerləşdirilib.

Demək olar ki, fərq yoxdur. İstehsalçı eyni məhsulun satışı üçün "Oreo" markasının adını "Neo" ilə əvəz edib. Müəllif "Limw2000"dir.

Bu isə məşhur "Cenqa" oyununun "Yıxılan qala" adlı analoqudur.

"Pikabu" adlı istifadəçi isə belarusiyalı marketoloqların feyklərini paylaşıb:

Məşhur "Snickers" şokoladı "Shoker's"ə çevrilib. Ümid edirik, onun dadı çox da şoka salmır.

"Colgate" diş pastası artıq dəbdə deyil, "Coolwhite"i seçə bilərsiz. Maraqlıdır ki, burada da qablaşdırmanın xüsusiyyətləri saxlanılıb.


Sevimli restoranlarınızın adının bu cür dəyişəcəyi ağlınıza gəlməzdi.

"Starbucks" banisi "övladının" adının "Starfucks" halına salınacağını görsəydi, qan ağlayardı.

Loqotipin keyfiyyətinə diqqətə baxın. Yazıq polkovnikin üzü nə hala düşüb?! Dünyaca məşhur "KFC" restoranlar şəbəkəsi  burada nədənsə "KFG"yə çevrilib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.