“Windows”lu istənilən kompüterə müdaxilə üsulu tapılıb

“Windows”lu istənilən kompüterə müdaxilə üsulu tapılıb
20 Avq 2019 09:09

"Windows" sisteminin terminal xidmətlərində cinayətkarlara qurbanın kompüterinə tam müdaxiləyə imkan verən kritik boşluqlar aşkar edilib. Sözügedən boşluqlar "Microsoft"un əməkdaşları tərəfindən tapılıb.

Realpress.az ICTnews-a istinadən bildirir ki, cinayətkar hücum nəticəsində sistemə istifadəçidən xəbərsiz uzaq məsafədən müdaxilə edir: haker bu məqsədlə serverə komanda verməlidir.

Aşkar edilmiş 2 boşluq "Windows" sisteminin bir çox versiyalarına, digər 2 boşluq isə "Windows Server" və "Windows 10" versiyalarına müdaxilə etməyə imkan verir. "Windows XP" sistemi istisna təşkil edir. Boşluqlar aradan qaldırılmadığı halda "NotPetya" və ya "WannaCry" kimi təhlükəli beynəlxalq virusların yayılmasında istifadə edilə bilər.

"Microsoft"un ekspertləri bütün istifadəçilərə korporasiya tərəfindən təklif edilən son yeniləmələri quraşdırmağı tövsiyə ediblər.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.