"iPhone"da yeni təhlükəli boşluq aşkar edilib

"iPhone"da yeni təhlükəli boşluq aşkar edilib
19 Avq 2019 12:28

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə "iPhone" qurğusuna müdaxilə etməyə nail olublar.

Realpress.az "ICTnews"a istinadən xəbər verir ki, SQLite məlumat bazasında aşkar edilmiş boşluqlar "iOS" sisteminin idarəetməsi altında işləyən qurğuya müdaxilə etməyə imkan verir.

Hakerlər tərəfindən məlumat bazasına tətbiq edilən zərərverici kod, məsələn, istifadəçi ona lazım olan nömrəni axtardıqda işə düşür. Beləliklə, cinayətkarlar yalnız istifadəçilərin şifrə və kontaktlarını oğurlamır, həm də qurğu üzərində tam idarəetməni ələ keçirə bilərlər.

Mütəxəssislər qeyd edirlər ki, SQLite istənilən əməliyyat sistemi, fərdi kompüter və mobil telefonda əlçatan olan dünyada ən geniş yayılmış məlumat bazasıdır. "Chrome", "Firefox", "Safari" kimi brauzerlərdə, həmçinin "Dropbox" proqramında sözügedən məlumat bazasından istifadə edilir.

"Check Point" şirkəti öz işinin nəticələri haqqında "Apple" şirkətini xəbərdar edib və ümid edir ki, bu tədqiqat kibertəhlükəsizlik üzrə dünya cəmiyyətini SQLite məlumat bazasında aşkar edilmiş boşluqları aradan qaldırmağa sövq edəcək.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.