Super Kubokdan maraqlı - STATİSTİKA

Super Kubokdan maraqlı - STATİSTİKA
15 Avq 2019 16:45



İstanbulda baş tutan Super Kubok oyunu ilə bağlı maraqlı statistikalar var.

realpress.az həmin statistikanı təqdim edir:

0: Hələ heç bir Super Kubok matçı 120 dəqiqə ərzində qolsuz başa çatmayıb.

1. Sadio Mane Super Kubok matçında qol vuran ilk seneqallı futbolçu oldu.

2. Bu, ikinci Super Kubokdur ki, penaltilərə gedir. Digəri 2013-cü ildə olmuşdu. Maraqlıdır ki, onda da “Çelsi” uduzmuşdu. Onda da “Bayern”lə 120 dəqiqəlik matç 2:2 başa çatmış və İngiltərə təmsilçisi 4:5 hesabı ilə penaltilər seriyasında uduzmuşdu.

3. Bu, Frenk Lempardın üçüncü Super Kubok matçı idi. Əvvəlki ikisində “Çelsi”nin kapitanı kimi meydana çıxmışdı. Maraqlıdır ki, indi olduğu kimi 2012 və 2013-cü illərdə də “Çelsi” uduzmuşdu.

4. “Liverpul” Super Kuboku dördüncü dəfə qazandı və üç dəfə bu titula yiyələnmiş Madrid “Real”ını keçdi. Yalnız “Milan” və “Barselona” ən çox – beş dəfə Super Kubok matçının qalibi olub.

7. Mane Super Kubokda iki dəfə qol vuran yeddinci futbolçu oldu. Digərləri bunlardır: Mario Jardel (2000), Cibril Sisse (2005), Radamel Falkao (2012-het-trik), Kriştianu Ronaldu (2014), Lionel Messi (2015) və Dieqo Kosta (2018).

8. Bu, ekstra tayma gedən səkkizinci Super Kubok matçıdır. Bütün səkkiz matçın əlavə 30 dəqiqəsində qapılara qol vurulub.

12. Olivye Jiru son 13 avrokubok matçında 12-ci qolunu vurdu.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.