Sərhədçilərimizin gücü: Hündür dalğalarda üzən gəmi, Aprel döyüşlərindəki PUA-lar - REPORTAJ

Sərhədçilərimizin gücü: Hündür dalğalarda üzən gəmi, Aprel döyüşlərindəki PUA-lar - REPORTAJ
14 Avq 2019 14:53



Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş sərgi keçirilib. 

realpress.az xəbər verir ki, sərgidə müxtəlif ölkələrin istehsal etdiyi ən son model silah və avadanlıqlar nümayiş etdirilib.

Sərgiyə gələn vətəndaşlar istədikləri silahları əllərinə ala və onunla daha yaxından tanış ola bilərdilər. Hətta burada insanlara helikopter və gəmilərə minməyə belə icazə verilirdi.  

Ən çox diqqətçəkən isə Azərbaycan istehsalı olan “Tufan” sərhəd gözətçi gəmisi olub. 

“Tufan” gözətçi gəmisi 2019-cu ildə Azərbaycanda istehsal olunub və Dövlət Sərhəd Xidmətinin silahlanmasına verilib. 

Gəmi bütün müasir avadanlıqlarla təchiz olunub. Qaçaqmalçılıqla mübarizə və dövlət sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulub. Gəmi sualtı, suüstü və hava hədəfləri ilə mübarizədə istifadə olunur.

Gəmidə artilleriya və raket qurğuları, sürətli hərəkəti təmin etmək üçün katerlər var. Həmçinin, gəmidə hekipoterin enişi və yüklərin boşaldılması mümkündür. Gəminin sürəti saatda üç düymdür. Gəmi yeddi baladək dalğada üzmə qabiliyyətinə malikdir.

Bundan başqa, “ZTR 70s” döyüş maşını Dövlət Sərhəd Xidməti tərəfindən tam modernləşdirilib. 

Döyüş maşını yüksək manevr qabiliyyətinə malik olub bölmlərin qarşısında duran tapşırıqların yerinə yetirilməsi məqsədilə qısa vaxt ərzində təyin olunmuş yerlərə təhlükəsiz çatdırılması üçün təyin olunub.

Qülləsində quraşdırılmış 14,5 mm-lik KPVT və 7,62 mm-lik PKT pulemyotları güclü atəş vasitəsi olaraq düşmənin yüngül zirehli texnikalarını və canlı qüvvəsini məhv etməyə və atəş sistemlərini susdurmağa malikdir.

Modernləşdirmədən sonra döyüş maşının sürəti saatda 80 km-dən 120 km-ə artırılıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusunu nümayiş etdirib. 

“Maz” markalı zirehli avtomobildə yerləşdirilən qurğu 12 ədəd pilotsuz uçuş aparatını daşıya və havaya buraxa bilir. Qurğu yerləşdirildiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edə bilir.

Qurğuda İsrail istehsalı olan pilotsuz uçuş aparatı yerləşdirilə bilir. Qurğu döyüşə hazır vəziyyətə gətirilərkən doqquz dəqiqə ərzində özünü test edir və döyüşə hazır olub-olmaması barədə komanda verir. Test zamanı hər hansısa bir aparat və ya cihazda nasazlıq aşkarlanacağı təqdirdə qurğu avtomatik bloklanır. 

Maşında yerləşdirilən “Harop” adlanan PUA 200 kilometr məsafədən idarə olunur. PUA hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. PUA hədəfi 100 faiz vurmağa qadirdir. Aparat 16 min metr hündürlükdə uçduğundan düşmənin onu görməsi, müəyyən edib vurması qeyri-mümkündür.

“Harop” 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və 100 faiz nailiyyət əldə edib.

7,62 mm-lik ST-308 “Yalquzaq” snayper tüfəngi snayperin fərdi silahı olaraq, optik nişangahla 1000 metrə qədər məsafələrdə müxtəlif növ görünən, hərəkət edən, açıq və maskalanmış tək hədəfləri dəqiq atəşlə məhv etmək üçün nəzərdə tutulub. Qeyri-avtomatik silahdır. Doldurulması, atəşin açılması, atəşdən sonra gilizin çıxarılması və yeni patronun lülənin patron yuvasına ötürülməsi atıcı tərəfindən çaxmaq mexanizmini əl qüvvəsi ilə hərəkət etdirməklə yerinə yetirilir.

Bundan başqa, sərgidə “Land Rover -110” (Sklet), “Mercedes G-270”, “Cobra” zirehli avtomobilləri, “K215 Skif” tank əleyhinə raket kompleksi, “Qırğı” və “Quzğun” adlı pilotsuz uçuş aparatları, “Mi-8” helikopterinin modernləşdirilmiş versiyası olan “Mi-17-1V” helikopterləri, “Yamaha-540 VK” markalı qar skuteri, “Tahor -250” paratraykı və “Tahor-200” paramotoru, “İqla-S” daşınan zirehli raket kompeksi, sənədlərin saxtalığını aşkar edən yeni müasir avadanlıqlar, xüsusi hazırlanmış itlər, dronlar və pilotsuz uçuş aparatları nümayiş etdirilib. 


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.