Hindistanın cənubundakı Kerala, Maharashtra və Karnataka ştatlarında yağan leysan yağışların səbəb olduğu daşqın nəticəsində, ən azı 147 adam dünyasını dəyişib.
Əvvəlki xəbərlərdə ölərnlərin sayının 95 nəfər olduğu bildirilirdi.
realpress.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, daşqın zonasından 165 mindən çox insan təxliyə edilib. Bəzi bölgələrdə ən yüksək təhlükə səviyyəsi elan edilib, məktəblərdə dərslər ləğv olunub. Keralanın ən böyük aeroportu olan Koçin Beynəlxalq Hava Limanı bağlanıb.
Hindistan Meteoroloji Departamentinin proqnozlarına görə, ölkənin cənubunda leysan yağışları bir neçə gün davam edəcək.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.