Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib - VİDEO

Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib - VİDEO
10 Avq 2019 09:31



Avqustun 9-dan etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

realpress.az bildirir ki, yerli və xarici mütəxəssislərin, dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib. Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanmışdı. Səhər saatlarından Xan sarayını ziyarət edənlər özlərini tam təhlükəsiz məkənda his etdikərini bildirir.

Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü. Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı. 

Bədbəxt hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada dünyasını dəyişib. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

Digər yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunmuşdular.


22 Avq 2019
Cəmiyyət

Tofiq Yaqubluya xəbərdarlıq edildi

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub.

22 Avq 2019
Cəmiyyət

Bakıda itkin düşən qız tapıldı

İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.

22 Avq 2019
Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb - FOTO

"Azərmarka" MMC Dövlət Sərhəd Xidmətinin (DSX) 100 illiyinə həsr olunan poçt blokunu dövriyyəyə buraxıb.

22 Avq 2019
Cəmiyyət

500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır

500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır