Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz olacaq

Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz olacaq
09 Avq 2019 15:08


Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz xidmət göstərəcək.

Realpress.az xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

O bildirib ki, heyvanların baytarlıq sanitariya ekspertizası üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək:

“Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində Qurban bayramı ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün iribuynuzlu heyvanlarda beş manat,  xırdabuynuzlu heyvanlarda isə dörd manat dövlət rüsumu ödənilir”

Bundan başqa, Qurban bayramı ərzində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri də pulsuz aparılacaq.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev deyib.

Onun sözlərinə görə, Agetlik hər il bayram ərəfəsində dövlət qurumları tərəfindən yaradılan ət kəsimi məntəqlərdə təmizlik və dezinfeksiya işləri aparır:

“Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsiz şəkildə aparılır. Məqsədimiz müxtəlif infeksion xəstəliklərin yaranmasının və keçiciliyinin qarşısını almaqdır. Bununla əlaqədar bayram günlərindən sonra çadırtipli kəsim məntəqələri yığışdırılacaq, həmin yerlərdə təkrar təmizlik işləri aparılacaq”.

R.Abdullayev onu da əlavə edib ki, göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir:

“Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”.


22 Avq 2019
Cəmiyyət

Tofiq Yaqubluya xəbərdarlıq edildi

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub.

22 Avq 2019
Cəmiyyət

Bakıda itkin düşən qız tapıldı

İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.

22 Avq 2019
Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb - FOTO

"Azərmarka" MMC Dövlət Sərhəd Xidmətinin (DSX) 100 illiyinə həsr olunan poçt blokunu dövriyyəyə buraxıb.

22 Avq 2019
Cəmiyyət

500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır

500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır