Əzələdaxili iynəni özünə necə vurmaq olar? VİDEO

Əzələdaxili iynəni özünə necə vurmaq olar? VİDEO
08 Avq 2019 17:00

İlk növbədə nəzərinizə çatdıraq ki, bunu yalnız istisna hallarda etmək olar.

Məsələn, siz kənd yerindəsiniz, xəstəxana uzaqdadır, iynə dərhal, vaxt itirmədən vurulmalıdır və s. Bütün digər hallarda tibbi personala müraciət etmək lazımdır.

Beləliklə, insan özünə əzələdaxili iynəni necə vura bilər? Mütəxəssislər bu halda iynəni sağrı (yan) nahiyəsinə vurmağı tövsiyə etmirlər ki, insan özünə iynə vuranda damar və ya sinirə düşə bilər.Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, əzələdaxili iynənin vurulması üçün omba əzələsi istifadə olunur.

Ombanızı vizual olaraq 3 hissəyə bölün. İynə orta hissəyə vurulur.

Daha sonra əllərinizi yuyun, şprisi və ampulanı açın, dərmanı şprisə yığın. Dərini spirtdə isladılmış pambıqla silin.

İynə əzələyə 90 dərəcə altında vurulmalıdır. İynəni axıra qədər deyil, uzunluğunun 2/3 hissəsinə qədər yeridin. Dərmanı asta-asta yeridin, bu halda ağrı az olur.

Sonda şprisi tez çıxardın və iynə vurduğunuz yeri pambıqla sıxın. 


22 Avq 2019
Maraqlı

Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digital” planşetini təqdim edib.

22 Avq 2019
Maraqlı

Avtoqəzada həlak olan məşhur aktyorun qızından kövrək paylaşım - FOTO

Dünyaca məhşur Paul Valkerin qızı Meadov atasının ölümünün 6-cı ilində duyğusal paylaşımlar etməklə, hamını təsirləndirib.

22 Avq 2019
Maraqlı

Rusiyalı həkim yalnız bir maddədən imtina etməklə 60 KQ ARIQLAYIB

"Komsomolskaya pravda" qəzetində çox uğurlu arıqlama təcrübəsi haqqında məlumat tapdıq. Təcrübənin müəllifi tibb elmləri  doktoru damar cərrahı Aleksey Zudindir.