Türkiyənin daha bir şəhərində zəlzələ oldu - YENİLƏNİB

Türkiyənin daha bir şəhərində zəlzələ oldu - YENİLƏNİB
08 Avq 2019 16:13

Türkiyənin İzmir şəhərindən sonra, Dənizli şəhərində də zəlzələ baş verib.

Realpress.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Zəlzələ Antalya, Burdur və Spartada da hiss edilib.

Son məlumata görə, Denizlinin Bozkurt məhəlləsində yerli vaxtla 14:25-də 6 bal gücündə zəlzələ qeydə alınıb.

***15:02

Türkiyənin İzmir şəhəri sahillərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Zəlzələ İzmir və qonşu şəhərlərdə daha güclü hiss edilib. Təbii fəlakət insanlar arasında həyəcan yaradıb. 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. 

Xatırladaq ki, İzmirin Karaburun rayonunda səhər saatlarında da 3,4 bal gücündə zəlzələ baş vermişdi. 

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

25 Apr 2024
Dünya

Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu

Qazaxıstan və Böyük Britaniya hökumətləri arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.