Yatmazdan əvvəl qəhvə içmək yuxuya təsir edirmi? - Alimlər açıqladı

Yatmazdan əvvəl qəhvə içmək yuxuya təsir edirmi? - Alimlər açıqladı
08 Avq 2019 12:14


Yeni bir tədqiqat yuxudan əvvəl qəhvə və çay içməyin yuxuya təsir etmədiyini üzə çıxarıb.

Realpress.az türk KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Atlantik universiteti və Harvard universiteti tibb fakultələrinin tədqiqatçıları belə qənaətə gəliblər.

Onlar 785 könüllünü 5 min 164 gün gecə və gündüz izləyərək qəbul etdikləri kofein, spirt və nikotini qeyd ediblər. Sonra isə məlumatlar təcrübədə iştirak edənlərin yuxu məlumatları ilə müqayisə edilib.

Məlum olub ki, nikotin və spirtli içki yuxunu bölür, kofein isə yuxuya təsir etmir.

Yatmazdan əvvəl çəkilən siqaret yuxuya getməkdə çətinliyi olanlarda ümumi yuxu müddətini 42 dəqiqə azaldır. Gecə vaxtı siqaret çəkmək də yuxu müddətini 43 dəqiqə azaldır.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.