Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
08 Avq 2019 12:07

Qurban bayramı günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
 
Bayram günlərində 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9:00-dan 18:00-dək, digər 8 “Şəbəkə” xidmət mərkəzi  saat  10:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək. 

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.

Realpress.az


22 Avq 2019
İT

“Volocopter” şirkəti uçan taksi təqdim edib

Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – “VoloCity”ni təqdim edib. Bu, əl yükü olan iki insanı saatda 110 km-dək sürətlə 35 km-dək məsafəyə daşıya bilən uşan taksidir. Yeni hazırlama vertolyot vintləri əvəzinə daha az səs çıxaran rotorlarla təchiz edilib.

22 Avq 2019
İT

Çində Ümumdünya Robotlar Konfransı keçirilir

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.

22 Avq 2019
İT

“Samsung” şirkəti OLED ekranlı ilk televizorlar buraxacaq

“Samsung Electronics” şirkətinin “Samsung Display” törəmə müəssisəsi maye-kristal panellərin istehsalını azaldaraq diqqəti OLED matrisalara yönəltmək niyyətindədir. Bu barədə “Korea Herald” nəşrinin məlumatında deyilir.

22 Avq 2019
İT

Süni intellekt “Gmail” xidmətində istifadəçilərin qrammatik səhvlərini düzəldəcək

“Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə inteqrasiya edir. Məlumata görə, sözügedən texnologiya istifadəçilərin qrammatik səhvlərini düzəltməyə kömək edəcək.

22 Avq 2019
İT

“OnePlus” televizorlarının təqdimat tarixi məlum olub

“OnePlus” şirkətinin baş direktoru Pit Lo “Business Insider” resursuna müsahibədə “ağıllı” televizorlar bazarına daxil olmaqla bağlı planlar barədə danışıb.