“Samsung Galaxy Book S” noutbuku təqdim olunub

“Samsung Galaxy Book S” noutbuku təqdim olunub
08 Avq 2019 10:13

"Samsung" şirkəti 1080p təsvir ölçülü 13,3 düym diaqonallı sensor ekranla təchiz edilən "Galaxy Book S" noutbukunu rəsmən təqdim edib. O, yaradıcılıqla məşğul olan insanlar üçün nəzərdə tutulan kompüter kimi təqdim edilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lifehacker" resursuna istinadən yazır ki, yeni qurğu 7 nanometrlik texnoloji proses üzrə hazırlanan səkkiznüvəli "Qualcomm Snapdragon 8cx" prosessoru, 8 giqabaytlıq operativ yaddaş və modifikasiyadan asılı olaraq 256/512 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz olunub. Noutbukun yaddaşını, həmçinin 1 terabayt tutumlu "micro SD" kartı ilə artırmaq mümkündür.

 

Bundan başqa, "Galaxy Book S" noutbuku SİM kart üçün çıxışa və maksimal avtonomluğu təmin edən "LTE" şəbəkəsi dəstəyinə malikdir. Aksesuarların qoşulması üçün 1 "USB-C" çıxışı nəzərdə tutulub. Barmaq izi skaneri isə fərdi məlumatları qorumağa kömək edəcək.

 

42 vatt-saata bərabər akkumulyator tutumu videoya baxma rejimində 23 saatadək avtonom iş vaxtını təmin edir. Yeni qurğunun çəkisi 0,95 kq, qalınlığı isə 11,8 millimetrdir. Müqayisə üçün qeyd edək ki, 13 düymlük "MacBook Air" (2019) noutbukunda bu parametrlər müvafiq olaraq 1,25 kq və 15,6 mm təşkil edir.

 

Payızda satışa çıxarılacaq "Windows 10" əməliyyat sistemli "Samsung Galaxy Book S" noutbukunun 256 giqabaytlıq versiyasının rəsmi qiyməti 999 dollara bərabərdir.

Realpress.az



20 Avq 2019
İT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.

20 Avq 2019
İT

Noutbuk bazarında tədarük həcmi 7% artıb

2019-cu ilin iyulunda beş ən böyük noutbuk istehsalçısının ötən ayla müqayisədə avadanlıqların tədarük həcmini 20% azaltmasına baxmayaraq, illik hesablama üzrə tədarüklərin həcmi 7% yüksəlib. Bu barədə “Digitimes Research”in analitikləri məlumat veriblər.  

20 Avq 2019
İT

“Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk dövrəni başa vurub

Amerikalı sahibkar İlon Maska məxsus “Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk uçuş dövrəsini başa çatdırıb.

20 Avq 2019
İT

“Xiaomi” şirkəti 108 meqapiksellik kamera ilə təchiz edilmiş smartfon təqdim edəcək

“Xiaomi Mi Mix 4” smartfonu 108 meqapiksellik təsvir ölçülü kamera ilə təchiz ediləcək. Bu haqda “Gizmochina” dərgisi yazıb.  

20 Avq 2019
İT

Böyük ekranlı “Redmi” televizorunun təqdimat tarixi açıqlanıb

Çinin “Xiaomi” şirkəti “Redmi” brendli ilk televizorun təqdimat tarixini açıqlayıb.