Venesuela lideri Nikolas Maduro həmvətənlərini ABŞ prezidenti Donald Tramp əleyhinə ümumdünya etiraz aksiyasında iştirak etməyə çağırıb.
TASS xəbər verir ki, bu haqda Maduro Karakasda keçirilən təntənəli tədbirdə bəyan edib.
“Mən Venesuela xalqının çağırışını dəstəkləyirəm. Dünyada etiraza min cür imkan var, məsələn sosial şəbəkələrdə. Qoy həqiqət hamıya məlum olsun”, - deyə, Maduro vurğulayıb.
Venesuela prezidenti ABŞ-ın yeni sanksiyalarına da öz etirazını bildirib və ölkəsinin çətinliklərdən alnı açıq çıxacağını dilə gətirib.
Trampa qarşı ümumdünya etiraz aksiyası avqustun 10-na təyin edilib.
Realpress.az
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.
Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.