“Xiaomi Azerbaijan”ın möhtəşəm açılışı - FOTO/VİDEO

“Xiaomi Azerbaijan”ın möhtəşəm açılışı - FOTO/VİDEO
07 Avq 2019 13:09


Mobil telefonlar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Onsuz keçinmək artıq qeyri-mümkündür. Müasir telefon bazarının zəngin olduğu dövrümüzdə münasib keyfiyyət və qiymətə məhsul tapıb seçmək, yəqin ki, mobil telefon həvəskarlarının hamısının qarşılaşdığı çətinliklərdəndir.

Qafqazda ən böyük “Mi Concept Store”un Bakıda, metronun “28 May” stansiyası yaxınlığındakı Dəmir Yolu Vağzalının 2-ci mərtəbəsində açılışı oldu. Mağazada “Xiaomi”nin bütün məhsulları təqdim olundu.

Burada mobil telefonlar, noutbuklar, müxtəlif elektron avadanlıqlar, geyimlərin satışı həyata keçirilir. Açılışa özəl endirimli qiymətlər təklif olunur. Bundan əlavə, “1 kart” vasitəsilə altı ay faizsiz məhsulları əldə etmək mümkündür.

Şirkətin Azərbaycan təsisçisi Xalid Süleymanov açılış mərasimində bildirib ki, nəhayət ki, uzun sürən hazırlıqdan sonra Çinin nəhəng kommunikasiya şirkətinin məhsullarının Azərbaycanda satışı reallaşır:

“Əziz qonaqlar, “Xiaomi” və “Suleymanli” Group-un müştərək layihəsi olan – “Xiaomi Azerbaijan”ın növbəti “Concept Store”unun möhtəşəm açılışında hər birinizi salamlayıram. Vaxtınızı çox almayacağam. Qafqazda ən böyük “Mi Concept Store”u məhz Azərbaycanda açmağımızın məqsədi - ən son texnoloji yenilikləri münasib qiymətlə vətəndaşlarımız üçün əlçatan etməkdir”.

Xalid Süleymanov bildirib ki, mərasimdə qeyd edilən sloqanın olmasının da səbəbi var:

“Biz hədəfləmişik ki, “Xiaomi” məhsullarını ölkə ərazisində satmaq üçün 200 satış nöqtəsi açaq. Yeni açılan mağazada “Xiaomi”nin 60-70 faiz məhsulları müştərilərə təqdim ediləcək. Bundan əlavə, qısa müddət ərzində böyük aktivlik göstərib regionlarımızı da əhatə etmək planlarımız var.

Ümid edirik ki, bu yeniliklər ölkəmizin durmadan davam edən inkişafına bir töhfə olacaq. “Xiaomi Azerbaijan” azərbaycanlı sahibkarlara müraciət edir və onları dünyada məşhur olan Xiaomi Korporasiyasının məhsullarının Bakıda və bölgələrdə satılması ilə bağlı əməkdaşlığa dəvət edir.

Əməkdaşlıq şirkətin məhsullarını Bakıda və ölkənin bölgələrində satışı ilə bağlıdır. Əməkdaşlığı və onun rəsmiləşdirilməsini ətraflı müzakirə etmək üçün “Xiaomi Azerbaijan” şirkəti ilə əlaqə saxlamaq lazımdır (əlaqə nömrəsi 012/070 4440220).

Əməkdaşlıq haqqında bütün məlumatlar və onlayn əməkdaşlıq forması www.xiaomiazerbaijan.com rəsmi saytında təqdim olunur. Hər kəsə bir daha gəldiyiniz üçün təşəkkür edirəm”.

Açılış mərasimində mağazada müştərilərə özəl endirimli qiymətlər təklif edilib. Müxtəlif brendləri özündə birləşdirən məhsullar öz rahatlığına, forma və dizaynına, eləcə də funksiyalarına görə seçilir. Müştərilərin tələb və zövqünə uyğun dizayn edilmiş müxtəlif mobil telefonlar həm nəğd, həm də münasib kredit şərtlərinə uyğun mobil telefon həvəskarlarına təqdim edilir.

Çin şirkəti olan “Xiaomi” qısa vaxtda bazarda təqdim etdiyi yüksək səviyyəli portativ texnika; smartfonlar, planşetlər, noutbuklar, kameralarla müştərilərin rəğbətini qazanıb. 

Yeni mağazada da təqdim edilən bu məhsullar çeşidlərinə görə seçilir.

Qeyd edək ki, mağazadan əlavə, Azərbaycanda mobil cihazların təmiri üzrə ixtisaslaşmış və peşəkar ustaları özündə birləşdirən mükəmməl servis – “W service” səlahiyyətli təmir mərkəzinin də açılışı olub.

Burada istənilən mobil cihazların yüksək keyfiyyət və zəmanətli təmiri həyata keçirilir. 

Qafqazdakı ən böyük “Xiaomi” konsepsiya mağazasının ünvanı: Fikrət Əmirov küçəsi 24, Bakı Dəmiryol Stansiyası (ikinci mərtəbə); əlaqə nömrələri +99412 444-0-557 və +99450 444-0-557 (Whatsapp).

E-mail: info@xiaomiazerbaijan.com

“Xiaomi Azerbaijan” şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumat rəsmi internet saytında, həmçinin, “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrdə mövcuddur.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.