Anjelika Anar Nağılbazın il mərasimində niyə iştirak etməyib? - ÖZÜ AÇIQLADI

Anjelika Anar Nağılbazın il mərasimində niyə iştirak etməyib? - ÖZÜ AÇIQLADI
05 Avq 2019 13:25

Dünən məşhur repçi Anar Nağılbazın vəfatının bir ili tamam oldu.

Realpress.az ölkə.az-a istinadən xəbər verir ki, il mərasimində bir sıra tanınmış şəxslər Nağılbazın dostları iştirak etsə də, keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva məclisdə olmayıb. A.Cəbiyeva əməkdaşımızla söhbətində bildirib ki, anım gününə qayınatası Rizvan Cəbiyevin istəyi ilə getməyib:

"Qayınatam il mərasimindən bir neçə gün əvvəl bizdə idi, uşaqlara baş çəkməyə gəlmişdi. Dedi ki, gəlmə, məsləhət görmürəm. Səbəbini soruşdum. Dedi ki, gəlsən söz-söhbət olacaq, birdən arvad (qayınanasını nəzərdə tutur-red.) söz atar, yaxşı olmaz. Məsləhət gördü ki, uşaqlarla başqa vaxt gedib Anarın məzarını ziyarət edərsən. Ona görə mən də uşaqları götürüb anamgilə gəlmişəm, hazırda rayondayıq". 

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü ildə Bakıda anadan olub. Repin Azərbaycanda yayılması məhz onun adı ilə bağlıdır. O, 4 avqust 2018-ci ildə vəfat edib.


20 Avq 2019
Şou-biznes

Kayahanın 22 ilik həyat yoldaşı ərə gedir — FOTO

Mərhum bəstəkar-müğənni Kayahanın həyat yoldaşı İpek Açar aialə qurmağa hazırlaşır.

19 Avq 2019
Şou-biznes

“Maşın” realiti şousu yenidən başlayır

Reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən start götürəcək.

19 Avq 2019
Şou-biznes

Məlahət Abbasova ATV-dən getdi

Əməkdar artist Məlahət Abbasova bu mövsüm də aparıcılıq fəaliyyətini davam etdirəcək.