Səmasında üç “günəş” görünən planet tapıldı

Səmasında üç “günəş” görünən planet tapıldı
04 Avq 2019 12:33


NASA astronomları üzərində üç “günəş” görünən planet aşkar ediblər.

Astronews.ru bildirir ki, planetə  LTT 1445Ab adı verilib.

Planetin yerləşdiyi sistem Yerdən 22,5 işıq ili məsafəsindədir.

“Bu “günəş”lərdən ikisi çox uzaq məsafədə yerləşir və səmadan baxan iki qorxunc qırmızı gözə bənzəyir”, - ABŞ-ın Harvard-Smitson astrofizika mərkəzinin astronomu Cennifer Vinters bildirib.

TESS peyki vasitəsilə toplanmış məlumatları analiz etdikdən sonra, alimlər planetin Yerdən təxminən 3 dəfə böyük və 8 dəfə ağır, səthinin isə qayalıq olduğunu  müəyyən ediblər. Səthinin temperaturu 160 dərəcə selsi olan planet sistemin ulduzlarından birinin ətrafında 5 sutka ərzində dövrə vurur.

Alimlər hələ ki, planetin atmosferini analiz edə bilmirlər.

22 Avq 2019
Maraqlı

Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digital” planşetini təqdim edib.

22 Avq 2019
Maraqlı

Avtoqəzada həlak olan məşhur aktyorun qızından kövrək paylaşım - FOTO

Dünyaca məhşur Paul Valkerin qızı Meadov atasının ölümünün 6-cı ilində duyğusal paylaşımlar etməklə, hamını təsirləndirib.

22 Avq 2019
Maraqlı

Rusiyalı həkim yalnız bir maddədən imtina etməklə 60 KQ ARIQLAYIB

"Komsomolskaya pravda" qəzetində çox uğurlu arıqlama təcrübəsi haqqında məlumat tapdıq. Təcrübənin müəllifi tibb elmləri  doktoru damar cərrahı Aleksey Zudindir.