Azərbaycanda elmi tədqiqat mərkəzləri və laboratoriyaların reyestri yaradılacaq

Azərbaycanda elmi tədqiqat mərkəzləri və laboratoriyaların reyestri yaradılacaq
03 Avq 2019 13:16

Nazirlər Kabineti "Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydası"nı təsdiqləyib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, reyestrin tərtib olunmasının və aparılmasının məqsədi ölkədə mövcud olan tədqiqat infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazasını yaratmaqla, elmi tədqiqat fəaliyyətini həyata keçirən elmi müəssisə və təşkilatların, alim və tədqiqatçıların həmin tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.

Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçirilir.

Qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş digər tədqiqat infrastrukturları müraciətləri əsasında Reyestrə daxil edilə bilər.

AMEA 15 iş günü müddətində ekspertiza və qiymətləndirmə işlərini həyata keçirir və bu işlərin nəticəsindən asılı olaraq, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilib-edilməməsi barədə müvafiq qərar qəbul edir. Tədqiqat infrastrukturu kateqoriyasına aid edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar Reyestrə daxil edilir.

AMEA Reyestrə daxil edilmiş tədqiqat infrastrukturları haqqında məlumatları elektron portalda ümumi istifadə üçün açıq şəkildə yerləşdirir.


9 Avq 2019
Elmi

Tələbə adını qazanmış abituriyentin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

23 İyul 2019
Elmi

Magistraturaların boş qalan yerlərinə qəbul elan edilir

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 24 fevral və 26 may 2019-cu il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).

11 İyul 2019
Elmi

Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

5 İyul 2019
Elmi

Müəllimlərin imtahanlarının tarixləri açıqland

Bu il 8-24 iyul tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək.

14 İyun 2019
Elmi

ABŞ-da qanda xərçəng hüceyrələrinin məhv edilməsi üçün lazer hazırlanıb

Arkanzas Universitetinin alimləri qan damarlarında hərəkət edən xərçəng hüceyrələrini məhv edə bilən lazer texnologiyasını uğurla sınaqdan keçiriblər.