“Arşın mal alan” kimi film çəkənlərimiz indi haradadır? - Kinomuzun 121-ci ili

“Arşın mal alan” kimi film çəkənlərimiz indi haradadır? - Kinomuzun 121-ci ili
02 Avq 2019 14:46


Bu gün 121 yaşını qeyd etdiyimiz Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır.

“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” adlı ilk qısametrajlı filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilib. 

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Lakin Azərbaycan kino sənayesinin bugünkü vəziyyəti acınacaqlıdır desək, yanılmarıq.

Kinomuzun bu günü ilə bağlı realpress.az-a açıqlama verən kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycanın kinoya pul ayıran, kömək edən yeganə dövlət olduğunu bildirib:

“Amma təəsüflər olsun ki, təsadüfi insanlar dövlətin ayırdığı pula bəzən nəzarət edə bilmir. Hətta kino üçün ayrılan vəsait düzgün paylaşdırılmır. İnanıram ki, bu da yavaş-yavaş yerinə düşəcək. 

Ümumiyyətlə, kino Azərbaycanın əbədi və əzəli ən möhtəşəm, nəhəng ideoloji təbliğat vasitəsi, tarixi və bütün mədəniyyətin atasıdır. Mədəniyyətlərin heç biri kino ilə müqayisə oluna bilməz. Çünki hər şey kinonun içərisindədir.

Kino adamlarına mütləq xüsusi diqqət göstərilməlidir. Kinoya kənardan gəlib, çəkilib gedən və dəvətlə gələnlər də var. Amma bu sahəni yaradan, ona xidmət edən, bütün həyatını kinoya bağlayanlar da mövcuddur. Bu gün ilə bağlı hər şey peşəkar kinoya bağlı şəxslərə verilməlidir. Çünki bəzən peşəkar kino adamlarımız yaddan çıxır. 

İncəsənətin digər sahələrində çalışan dostlar, həmkarlar haradansa qazanc əldə edə bilirlər. Məsələn, rəssamlar sərgi açırlar, musiqiçilər konsertlərə və toya gedirlər. Amma kino adamlarının heç yerdən gəliri yoxdur.  

Ona görə də həyatını, sağlamlığını, ailəsini  kinoya qurban verən insanlar nəzərə alınmalıdır. Çünki bu peşəyə aiddiyyəti olmayanlar bizim hesabımıza gəlib qazanc əldə edib gedir”.  

Şeyx Əbdül kino adamlarının bu sahəyə rəhbərlik etməli olduğunu qeyd edib:

“Heç bir zaman kənardan gələnlər kinoya rəhbərlik etməməlidir. Kinonun taleyi peşəkar, həyatını kinoya həsr edən yüksək elmli, savadlı insanların əlində olmalıdır. 

Kinonun vəziyyəti yavaş-yavaş düzəlir. Son zamanlar çəkilən filmlərin həm yaxşısı, həm də pisi var.

Eyni zamanda çox istedadlı gənclərimizin kinoya axını davam edir. Peşəkarlar həmin gəncləri seçib onların arxasında durur. Yavaş-yavaş təsadüfi insanlar ələnəcək”.


9 Avq 2019
Mədəniyyət

"Bir ildir ki, hər gün ölüm haqqında düşünürəm" - 71 yaşlı Akif İslamzadə

Dünən Azərbaycanın əfsanəvi müğənnisi Akif İslamzadənin doğum günü idi.

8 Avq 2019
Mədəniyyət

Rasim Balayevin doğum günüdür - FOTOLAR

Xalq artisti və, bir çoxlarından fərqli olaraq, əsl XALQIN ARTİSTİ olan Rasim Balayevin bu gün doğum günüdür.

7 Avq 2019
Mədəniyyət

Milli Kitabxanada “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb

Avqustun 7-də Azərbaycan Milli Kitabxanasında ölkəmizdə bütün sahələr üzrə azərbaycanşünaslığın inkişafı yollarında səy və bacarığını əsirgəməyən, Azərbaycan elminin inkişaf etdirilməsində çox böyük xidmətləri olan AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru, professor Nərgiz Axundovanın anadan olmasının 60 illik yubileyi münasibətilə “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb.

6 Avq 2019
Mədəniyyət

“Cəngi” etno-caz qrupu ölkəmizi “Dünya musiqiləri” adlı festivalda təmsil edəcək

Avqustun 10-11-də Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə “Dünya musiqiləri” adlı etnik festival keçiriləcək. Festival XVIII əsrə aid unikal malikanənin ərazisində Moskva və Sankt-Peterburq şəhərləri, Rusiya Federasiyasının regionları və müxtəlif ölkələrdən ən yaxşı etno-musiqiçiləri bir araya gətirəcək. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir.